Menu
Xəbər Lenti
Qalibin ədaləti...
30-08-2026, 19:31

Qalibin ədaləti...

Dieqo Rosa “Qarabağ”da
30-08-2026, 14:23

Dieqo Rosa “Qarabağ”da

Faktiki hava - Açıqlandı
30-08-2026, 14:09

Faktiki hava - Açıqlandı

Abubakarın yeni klubu
29-08-2026, 17:21

Abubakarın yeni klubu

Bakıda güclü külək əsir
29-08-2026, 16:55

Bakıda güclü külək əsir

“Azeri Light” bahalaşdı
28-08-2026, 11:25

“Azeri Light” bahalaşdı

Salam, azad Laçınım!
26-08-2026, 17:17

Salam, azad Laçınım!

05 İyun 2025 09:38Manşet / Gündəm

Azərbaycanda qanunsuz dini təbliğat aparan əcnəbilər ölkədən çıxarıldı

 

Azərbaycan ərazisində qanunsuz dini təbliğat fəaliyyəti aparan xarici ölkə vətəndaşları barəsində hüquqi tədbirlər görülüb.
Qaynarinfo xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidməti məlumatg yayıb. 
Daxil olmuş məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Miqrasiya Xidmətinin birgə keçirdikləri tədbirlər nəticəsində müəyyən edilib ki, başqa dövlətin ərazisində yerləşən dini mərkəzə bağlı olan əcnəbilər – 1968-ci il təvəllüdlü Şeyx Məhəmməd Hənif (Shaikh Muhammad Hanif), 1981-ci il təvəllüdlü Kərim Bux (Kareem Bux) və 1968-ci il təvəllüdlü Çanna Tac Məhəmməd (Channa Taj Muhammad) Azərbaycanda qeyri-ənənəvi dini cərəyana aid ideyaların təbliği ilə məşğul olublar.
Onların qanunsuz qapalı dini yığıncaqlar və dini ayinlər təşkil etdikləri də müəyyənləşdirilib.
Toplanmış materiallar əsasında həmin şəxslərin "Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununu pozduqları aşkar edilib və onların bu əməllərinin qarşısı alınıb. Sözügedən şəxslər Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 79.1.2-ci maddəsinə əsasən ölkə hüdudlarından kənarlaşdırılıblar.