Siyasi elmlər doktoru, professor Vaqif Abdullayev: Azərbaycan–İsrail münasibətləri: Tarixi səfər fonunda yeni əməkdaşlıq üfüqləri
Bu sevda Vətən sevdasıdır... XTQ-nin cəsur döyüşçüsü, Şuşa fatehi Zaur Ələkbərovun qəhrəman obrazı
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
ƏFSANƏ İBRAHİMOVA — ZİYALI AİLƏSİNDƏN MEDİA RƏHBƏRLİYİNƏ UZANAN NÜMUNƏVİ HƏYAT YOLU
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
Aztürk Holding-in təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
Milli geyim sənayesinin inkişafına töhfə verən rəhbər – Bakı Tikiş Evinin direktoru Fədai Rəhimov
Dövlətinə sədaqətlə xidmət edən peşəkar rəhbər – “Aran” Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Zülfi Ağayev
Dövlətinə və xalqına sədaqətlə xidmət edən rəhbər – “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Nəriman Mahmudov
"Sistemdə ciddi islahatlara ehtiyac var" - Kənd təsərrüfatı üzrə subsidiyalar niyə effektiv deyil?
Dəhşətə salan görüntü: Milyarder Ceff Bezosun raketi Floridada sınaq zamanı partladı
Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionlarda Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub
YAP İsmayıllı Rayon Təşkilatının sədri Zaur Muradovun 28 May – Müstəqillik Günü Münasibətilə təbriki və dövlətçilik dəyərlərinə sədaqət nümunəsi
Vaqif Abdullayev: 28 MAY siyasi təqvimdə Türk tarixi üçün uğur hekayəsi sayıla bilər.
İsmayıllı RİH-nin başçısı Nahid Bağırov 28 May – Müstəqillik Günü münasibəti ilə təbriki
Azərbaycanın aqrar inkişaf strategiyası: Prezident İlham Əliyevin kənd təsərrüfatı və su təhlükəsizliyi siyasəti
Səhiyyədə peşəkarlıq və humanizm nümunəsi – Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov
Şəmkir xəstəxanasının baş həkimini öldürmək istədilər - FAKTLAR
Şəmkir Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elçin Əliyevi şantaj etməkdə ittiham olunan rayon sakini, 1987-ci il təvəllüdlü Elçin Babayevin cinayət işinə baxılıb.
Qaynarinfo Teleqraf-a istinadən xəbər verir ki, Elçin 15 sentyabr 2023-cü ildə, saat 08.00 radələrində Şəmkir Rayon Mərkəzi Xəstəxanasının direktoruna məktub yazıb, ondan 16 min manat məbləğində pul istəyib, iki il əvvəl "Zavod yolu" adlanan ərazidəki zibillikdən tapdığı patronu da zərfə qoyub. E.Bavayev məktubu Şəmkir Rayon Mərkəzi Xəstəxanasının giriş qapısındakı mühafizəçiyə verib və onu həmin xəstəxananın baş həkiminə təqdim etməsini istəyib.
İstintaq orqanı tərəfindən Elçin barəsində Cinayət Məcəlləsinin 182.2.4 (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə ittiham elan edilib.
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən E.Babayev özünü təqsirli bilib. O bildirib ki, 15 sentyabr 2023-cü ildə, içərisində bir yazılı vərəq və bir boş güllə olan zərfi Şəmkir Rayon Mərkəzi Xəstəxanasının mühafizəçisinə verib, onu xəstəxananın baş həkiminə çatdırmasını istəyib: "Mühafizəçi məktubu çatdıracağını dedi. Bundan sonra həmin gün axşam saatlarında Şəmkir Rayon Polis Şöbəsinin əməliyyat müvvəkilləri yaşadığım evə gəldi və məni polis şöbəsinə apardılar".
Təqsirləndirilən şəxs verilmiş suallara cavabında bildirib ki, məktubda baş həkimdən 16 min manat pul tələb edib: "Pulu verməyəcəyi təqdirdə xatırladığım qədəri ilə onu cəzalandıracağımı və yaxud öldürəcəyimi yazmışam. Əvvəllər Şəmkir Rayon Mərkəzi Xəstəxanasının baş həkimini tanımamışam. Mənim qardaşımın xəstəliyi ilə əlaqədar sənədləri olsa da, ona pensiya təyin etməyiblər. Bununla bağlı 2 il müddətində müraciətlərimizə müsbət cavab verilməyib. Mən də həmin 2 il müddətində qardaşıma təyin edilməyən pensiyanın məbləğini təxmini hesablamışam və onu baş həkimdən tələb etmişəm. Sözügedən məktubu yazmışam, onu Şəmkir Rayon Mərkəzi Xəstəxanasının baş həkiminə göndərən zaman içkili olmuşam. Zərfin içərisindəki güllə "Kalaşnikov" avtomatının istifadə olunmayan gülləsidir. Həmin gülləni mən tapmışam və tapan zaman onun içərisində barıt olmayıb. Həmin güllənin baş hissəsinə ip keçiriərək, özümdə saxlamışam".
Təqsirləndirilən şəxsin məhkəmə və ibtidai istintaq zamanı verdiyi ifadələr arasında ziddiyyətlər müəyyən edilib.
E.Babayev ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, heç bir psixi xəstəlikdən əziyyət çəkmir və bununla əlaqədar müalicə almayıb: "Psixi cəhətdən özümü sağlam hesab edirəm. Rəsmi olaraq işləmirəm. Fərdi əməklə məşğul oluram. Zərərçəkmiş şəxsi qiyabi tanıyıram. Onunla aramızda düşmənçilik və ədavət yoxdur".
Təqsirləndirilən şəxsin sözlərinə görə, həkimə məktub yazmağı hadisədən təxminən 3-4 gün əvvəl yaşadığı ünvandaca ağlına gəlib: "Həmin məktubda onu öldürəcəyimi bildirirək, pul tələb etməyi qərara aldım. Məktubu yazdım və yaşadığım evdə çarpayının altına qoydum. Növbəti gün saat 08.00 radələrində həmin məktubu zərfə qoyaraq, aparıb xəstəxananın mühafiəzəçisinə verdim. Zərfi Elçin həkimə çatdırılmasını xahiş etdim. Mühafizəçi zərfi alıb, onu həkimə çatdıracağını bildirdi. Mən də bundan sonra həmin ünvanı tərk edərək, yaşadığım ünvana qayıtdım".
İş üzrə zərərçəkmiş qismində ifadə verən Elçin Əliyevin sözlərinə görə, Şəmkir Rayon Mərkəzi Xəstəxanasında baş həkim vəzifəsində işləyir: "Təqsirləndirilən Elçinlə tanışlığımız onun qardaşının xəstəliyi səbəbindən olub. Təqsirləndirilən şəxs, qardaşının psixoloji problemləri olduğu üçün çox sayda iynə udması ilə bağlı bizə müraciət etmişdi. Lakin biz qarın boşluğunda çox sayda iynə olduğu üçün əməliyyat edə bilmədiyimizi bildirdik, onu Bakıda yerləşən xəstəxanaya göndərdik. Bundan sonra təqsirləndirilən şəxsin qardaşı müalicə olunaraq rayona qayıtdı. Onun səhhəti ilə bağlı Elçinin anası yanıma gedib-gəlib. Mən də Elçinin qardaşının səhhəti ilə bağlı daim tövsiyyələrimi vermişəm və münasibətlərimiz də yaxşı olub. Eyni zamanda təqsirləndirilən şəxsin qardaşının əlillik dərəcəsi alması üçün psixiatriya xəstəxanasında müalicə almalı olduğunu bildirmişəm. Ailəsi də bununla razılaşıb və mənə təşəkkür edib. Hadisə baş verən gün işə gəldim. Xidməti otağımın qarşısına çatanda katibə mənə bir ədəd zərf verdi. Mən də zərfi götürdüm, içəridə vətəndaşlar olduğu üçün açmadım. Zərfdə qabarıqlıq olduğunu gördüm. Lakin içərisində elektron imza olduğunu ehtimal etdim. Daha sonra zərfin üzərindəki yazıya diqqət edən zaman onun üzərində "Baş həkim" sözlərinin yazıldığını gördüm. Bunun rəsmi yazı olmadığını dərk etdim. Daha sonra sözügedən məsələ ilə bağlı polis orqanına müraciət etdim".
Zərərçəkmiş şəxs bildirib ki, zərfi açdıqda onun içərisində bir ədəd məktub və bir ədəd patron olub: "Məktubun içərisində xatırlamadığım banka məxsus kart hesabı qeyd olunmuşdu və 1 ay müddətində həmin hesaba 16.000 manat məbləğində pul ödəməyəcəyim təqdirdə məni ağır cəzanın gözlədiyi qeyd edilmişdi. Təqsirləndirilən şəxs tərəfindən zərfdə göndərilmiş patronun dolu, yaxud boş olması barədə məlumatım olmayıb".
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 6 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Bu hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib. Müdafiəçi birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini və təqsirləndirilən şəxsin barəsində bəraət hökmü çıxarılmasını, buna əsas olmadığı halda Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq edilməsini və təyin olunmuş cəzanın şərti hesab olunmasına dair qərar qəbul edilməsini xahiş edib.
Şikayətə Gəncə Apellyasiya Məhkəməsində hakim Salman Hüseynovun sədrlik etdiyi kollegiyada baxılıb. Məsələni araşdıran hakimlər heyəti qərar elan edib.
Qərara görə, şikayət qismən təmin edilib və təqsirləndirilən şəxsin cəzası 3 ilə endirilib.























































