Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı 22 İyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirib.
Hikmət Məmmədov – xeyriyyəçiliyi, vətənpərvərliyi və işgüzarlığı ilə seçilən nüfuzlu şəxsiyyət
“Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Ağsu gəncləri üçün yeni imkanlar yaradıb
Jalə Ağakişi: Milli mətbuatın inkişafı dövlətçiliyimizin və milli düşüncəmizin ayrılmaz tərkib hissəsidir
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov: Milli mətbuat dövlətçiliyimizin, milli həmrəyliyimizin və ictimai inkişafımızın etibarlı dayağıdır
Cənubunsəsi xəbər portalının təsisçisi və baş redaktoru Mərhəmət Lələyev təltif edildi
Xeyriyyəçi ziyalı xanım Zərniyar Kərimova: Maarifçiliyin, həqiqətin və milli dəyərlərin təntənəsi
22 İyul – Milli Mətbuat və Jurnalistika Günü: Milli düşüncənin və dövlətçilik ənənələrinin daşıyıcısı
Xeyriyyəçilik və sahibkarlığın vəhdəti: “EL Holding”in rəhbəri Elçin Muradovun nümunəvi fəaliyyəti
GİKM TƏRƏFİNDƏN REGİONLARDA SÜNİ İNTELLEKT MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ SESSİYALAR KEÇİRİLİB
"Best Energy Group" MMC-nin rəhbəri Sahib Süleymanov – vətənə, dövlətə və insanlara xidmət nümunəsi
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev: Milli mətbuatın şərəfli yolu və cəmiyyət qarşısındakı missiyası
Nuru Abdurahmanov – Göyçayın inkişafına xidmət edən, vətənpərvər və məsuliyyətli bələdiyyə sədri
Aqil Niftəliyev – yol təsərrüfatının inkişafına töhfə verən, dövlətə və xalqa sədaqətlə xidmət edən rəhbər
Green Villa Baku (Greenville Residence) – müasir yaşayış konsepsiyasını təbiətlə birləşdirən nümunəvi layihə
İş adamı Cəbrayıl Cəbrayılov: “28 May – Müstəqillik Günü: Milli qürurumuzun, dövlətçilik iradəmizin rəmzi”
28 May — Azərbaycan xalqının tarixində şərəfli, qürurverici və eyni zamanda məsuliyyətli bir gündür. 1918-ci ilin məhz bu günü xalqımız dünya tarixində ilk dəfə olaraq müsəlman Şərqində demokratik respublika — Azərbaycan Xalq Cümhuriyyətini elan etdi. Bu əlamətdar hadisə xalqımızın azadlıq, milli birlik və dövlətçilik uğrunda mübarizəsinin zirvəsi, eyni zamanda onun siyasi yetkinliyinin sübutu idi. 28 May Müstəqillik Günü, təkcə bir siyasi hadisə deyil, həm də xalqımızın yaddaşında azadlıq eşqinin, istiqlal ruhunun, dövlət qurmaq əzminin təntənəsi kimi yaşayır.
XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanda maarifçilik, milli özünüdərk və siyasi fəallıq prosesləri geniş vüsət almışdı. Çar Rusiyasının tərkibində yaşayan Azərbaycan türkləri öz hüquqlarından məhrum idilər. Lakin buna baxmayaraq, bu dövrdə maarif, mətbuat və ictimai fəallıq sahələrində ciddi irəliləyişlər müşahidə olunurdu. "Əkinçi", "Kaspi", "Həyat", "İrşad" kimi qəzet və jurnallar milli özünüdərkin oyanmasına böyük töhfə vermiş, Hüseyn Cavid, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə kimi ziyalıların fəaliyyəti müstəqillik ideyasını dərinləşdirmişdi.
I Dünya müharibəsi və Rusiyada baş verən 1917-ci il Fevral və Oktyabr inqilablarından sonra imperiya dağılmağa başladı. Bu şəraitdə Zaqafqaziya Seymi fəaliyyət göstərsə də, 1918-ci ilin mayında o da buraxıldı. Nəticədə 28 may 1918-ci il tarixində Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə Tiflisdə Azərbaycan Milli Şurası tərəfindən müstəqil Azərbaycan Xalq Cümhuriyyəti (AXC) elan edildi. Azərbaycan xalqı ilk dəfə olaraq milli, hüquqi, demokratik və dünyəvi bir dövlət qurdu. AXC-nin elan olunması təkcə Azərbaycanın deyil, həm də bütün Şərqin ictimai-siyasi tarixində misilsiz bir hadisə idi. Bu, Şərqdə ilk parlamentli respublika idi.
AXC mövcud olduğu cəmi 23 ay ərzində bir sıra mühüm və tarixi əhəmiyyət daşıyan islahatlar həyata keçirdi. O dövrdə: Milli ordu yaradıldı, Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusu Bakını bolşevik-daşnak qüvvələrindən azad etdi; Parlamenttəsisolundu, ilkdemokratikseçkilərkeçirildi; Qadınlaraseçkihüququverildi, bu, həttabir çoxAvropadövlətlərindən öncə baş verdi;
Azərbaycandilidövlətdilielanedildi; Bayraq, gerb, himnkimidövlətrəmzləriqəbulolundu;
Bakı DövlətUniversitetitəsisedildi (1919), bu, millitəhsilsisteminintəməliniqoydu; Xarici ölkələrlə diplomatikmünasibətlərquruldu, AXC-niilktanıyandövlətOsmanlı İmperiyası oldu; Millivalyuta – Azərbaycanmanatınındövriyyəyə buraxılması həyatakeçirildi.
Bu qısa müddət ərzində Azərbaycan xalqı müstəqil dövlət qurmaq bacarığını bütün dünyaya nümayiş etdirdi. AXC-nin varlığı xalqımızın demokratik və müasir dövlət qurmaq potensialını sübut etdi.
1920-ci ilin 28 aprelində sovet qoşunlarının Bakıya daxil olması ilə Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dayandırıldı. Beləliklə, xalqımızın əldə etdiyi müstəqillik qısa müddətdə zorla əlindən alındı. Sovet dövründə AXC-nin fəaliyyəti və qurucuları uzun müddət susduruldu, repressiyalara məruz qaldılar. Lakin xalqın yaddaşında istiqlal arzusu, azadlıq ideyası heç vaxt ölmədi.
1991-ci ildə SSRİ-nin dağılması ilə Azərbaycan xalqı yenidən öz müstəqilliyini bərpa etmək fürsəti qazandı. 18 oktyabr 1991-ci ildə Azərbaycan Respublikası müstəqilliyini elan etdi və özünü 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi kimi tanıdı. Bu, AXC-nin ideyalarının və mirasının davam etdiyini göstərdi.
Lakin müstəqilliyin ilk illərində ölkədə ciddi siyasi və iqtisadi böhran hökm sürürdü. Ermənistanın Azərbaycana qarşı təcavüzü, Xocalı soyqırımı, daxili siyasi qarşıdurmalar, dövlət çevrilişləri cəmiyyətə ağır sınaqlar yaşatdı. Lakin xalqın iradəsi və dövlətçiliyə olan inamı sarsılmadı.
1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyini qorumaq və möhkəmləndirmək baxımından dönüş nöqtəsi oldu. Onun qətiyyətli siyasəti nəticəsində daxili sabitlik bərpa olundu, hüquqi dövlət quruculuğu prosesinə start verildi, yeni Konstitusiya qəbul olundu, xarici siyasətdə balanslı və milli maraqlara əsaslanan kurs müəyyənləşdirildi. Neft strategiyası, beynəlxalq əməkdaşlıq və regional layihələr Azərbaycanın dünyada nüfuzunu artırdı.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti bütün sahələrdə sürətlə inkişaf edir. Dövlətçilik ənənələri güclənir, ordumuz müasirləşir, iqtisadiyyatımız şaxələnir. Ən önəmlisi isə 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan ordusu böyük Zəfər qazandı və tarixi torpaqlarımız — Qarabağ işğaldan azad olundu. Bu Qələbə həm də AXC-nin başladığı milli dövlətçilik ideyasının zirvəsi və təntənəsidir.
Bu gün artıq Qarabağda bərpa-quruculuq işləri geniş vüsət alıb, "Böyük Qayıdış" strategiyası həyata keçirilir. Müstəqil Azərbaycanın suverenliyi, ərazi bütövlüyü tam təmin olunub.
28 May tarixi yalnız bir bayram deyil, həm də hər bir Azərbaycan vətəndaşına milli kimliyini, dövlətinə olan məsuliyyətini xatırladan gündür. Bu tarix bizə göstərir ki:
Müstəqillik heç vaxt bizə asan başa gəlməyib;
-Dövlətçilik böyük fədakarlıq, səbir və əzmkarlıq tələb edir;
-Müstəqilliyin qorunması onu qazanmaq qədər çətindir;
-Güclü ordu, güclü iqtisadiyyat və güclü siyasi iradə müstəqil dövlətin dayaqlarıdır.
Bu gün Azərbaycan gəncliyi 28 Mayı sadəcə bir tarix kimi deyil, eyni zamanda ideya, milli kimlik, azadlıq əzmi və vətəndaş məsuliyyəti kimi dərk etməlidir.
28 May Müstəqillik Günü — xalqımızın tarixi yaddaşında azadlıq, milli özünüdərk və dövlət qurmaq iradəsinin simvoludur. Azərbaycan Xalq Cümhuriyyəti qısaömürlü olsa da, onun qoyduğu təməl və ideyalar bu gün də yaşayır, inkişaf edir və müasir Azərbaycan dövlətinin siyasi varlığı kimi yaşamaqdadır. Bu gün hər bir vətəndaşın borcu həmin idealları qorumaq, gücləndirmək və gələcək nəsillərə çatdırmaqdır. Müstəqillik sadəcə keçmişin xatirəsi deyil, gələcəyin təminatıdır.
Yaşasın Azərbaycan Respublikasının müstəqilliyi!























































