Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Rusiyanın müvəqqəti işlər vəkili XİN-ə ÇAĞIRILDI
Rusiyada OMON-çuların işgəncə verdiyi azərbaycanlı: "Ukrayna müharibəsinə göndərmək istəyirdilər"
XİN: İranın səfirinin Qərbi Azərbaycan İcması ilə bağlı təhrifəri təəccüb və qəzəb doğurur
Şəhid Kəşfiyyatçı Məsimov Əkbər Yunis oğlu – “Qəhrəman, igid, cəsur şəhidimiz. Ailəsinin qüruru, xalqın fəxri”
İş adamı Cəbrayıl Cəbrayılov: “26 İyun – Müstəqil Azərbaycanın Güvənc Yeri. Silahlı Qüvvələr Günü”
Bakı şəhəri 14 nömrəli tam orta məktəbin direktoru Rəfail Hüseynov: “26 İyun – Azərbaycan Ordusunun Şərəf və Qürur Günüdür”
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova: “26 İyun – Silahlı Qüvvələr Günü. Güclü Ordu, Güclü Dövlətin Təminatıdır”
Bioloji Təbabət-İnteqrativ Sağlamlıq Mərkəzinin rəhbəri Elxan Yaqubov: “26 İyun – Silahlı Qüvvələr Günü: Dövlətimizin Qürur Günüdür”
Silahlı Qüvvələr Gününə həsr olunmuş “Hədəf 12” gənclər arasında atıcılıq turniri keçirilib.
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin mərhum sədri, hüquq müdafiəçisi Elşad Həmidovun əziz xatirəsinə: Hüquq müdafiəçisindən Vətən fədaisinə uzanan bir ömür
Gözdən Əlil Şəxslərin Reabilitasiyası İctimai Birliyi növbəti uğurlu konfransını keçirdi
Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası və sosial müdafiəsinin təmin olunması istiqamətində mühüm işlər görən Gözdən Əlil Şəxslərin Reabilitasiyası İctimai Birliyi öz növbəti konfransını keçirib. Bu tədbir təşkilatın son illərdəki fəaliyyətinə yekun baxış və gələcək hədəflərin müəyyən olunması baxımından xüsusi əhəmiyyət daşıyıb.
Konfransı giriş sözü ilə təşkilatın hazırkı rəhbəri İntiqam Əliyev açıq elan etdi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Ardınca Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Bu hissə konfrans iştirakçılarına emosional anlar yaşatdı və tədbirə yüksək mənəvi dəyər qazandırdı.
Daha sonra İntiqam Əliyev çıxış edərək Prezident cənab İlham Əliyevin şəhid ailələrinə, müharibə veteranlarına, aztəminatlı və həssas təbəqədən olan ailələrə, eləcə də gözdən əlil insanlara göstərdiyi diqqət və qayğıdan bəhs etdi. O qeyd etdi ki, ölkədə bu sahədə aparılan uğurlu sosial islahatlar və proqramlar sayəsində əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası və hüquqlarının qorunması istiqamətində mühüm irəliləyişlər əldə olunub.
İntiqam Əliyev həmçinin Gözdən Əlil Şəxslərin Reabilitasiyası İctimai Birliyinin son 5 ildəki fəaliyyəti barədə ətraflı məlumat verdi. O, görülən işləri xatırladaraq, birliyin əsas məqsədinin gözdən əlil şəxslərin reabilitasiyası, sosial rifahının yüksəldilməsi və onların cəmiyyətə fəal şəkildə cəlb olunması olduğunu vurğuladı. O, çıxışı zamanı gündəlikdə duran əsas məsələləri təqdim etdi və konfransın əsas məqsədini açıqladı: yeni sədrin seçilməsi, idarə heyətinin və təftiş komissiyasının yaradılması.
Konfrans iştirakçıları bu təklifləri yekdilliklə qəbul etdilər və ardınca namizədlərin müzakirəsi başladı. Birliyin üzvləri fəal iştirak edərək öz namizədlərini irəli sürdülər və fikirlərini bölüşdülər. Səsvermə mərhələsində isə demokratik prinsiplər əsas götürüldü. Səs çoxluğu ilə Elvir Əliyevin Gözdən Əlil Şəxslərin Reabilitasiyası İctimai Birliyinin yeni sədri seçildi. Bu seçim iştirakçılar tərəfindən alqışlarla qarşılandı və yeni rəhbərliyə uğurlar arzulanıldı.
Konfransda media nümayəndələri və ictimai fəallar da iştirak edirdi. Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Merhemet.tv"-nin rəhbəri Gülnara Həmidova, "Xezertv.info" xəbər portalının rəhbəri Fərid Faiqoğlu (Səfərov) və digər qonaqlar iştirak etdilər. Onlar konfransın demokratik və şəffaf şəkildə keçirildiyini vurğulayaraq, belə tədbirlərin əlilliyi olan şəxslərin hüquq və imkanlarının genişlənməsi baxımından müstəsna rol oynadığını qeyd etdilər.
Sonda tədbir iştirakçıları yeni seçilmiş sədr Elvir müəllimi və digər vəzifələrə seçilmiş şəxsləri təbrik etdilər. Elvir Əliyev isə çıxış edərək göstərilən etimada görə təşəkkürünü bildirdi və gələcəkdə daha fəal, daha əhatəli layihələrlə birliyin fəaliyyətini davam etdirəcəyinə söz verdi. O, xüsusilə reabilitasiya, psixoloji dəstək, əmək bazarına inteqrasiya və maarifləndirmə layihələrinin genişləndirilməsi istiqamətində planlarını iştirakçılarla bölüşdü.
Bu konfrans bir daha sübut etdi ki, Gözdən Əlil Şəxslərin Reabilitasiyası İctimai Birliyi öz fəaliyyətini sosial ədalət prinsipləri əsasında qurur və cəmiyyətin hər bir üzvünün, xüsusən də fiziki məhdudiyyətli insanların həyatında müsbət dəyişikliklərə nail olmaq üçün əzmlə çalışır. İctimai birlik bu konfransla növbəti fəaliyyət mərhələsinə inamla qədəm qoymuş oldu.
Fərid Faiqoğlu