Xəbər Lenti
Dünən, 14:41
OQTAY MƏSİMOV – YERLİ ÖZÜNÜİDARƏETMƏDƏ MƏSULİYYƏT, XALQA XİDMƏT VƏ GÖYGÖLÜN GƏLƏCƏYİNƏ YÖNƏLƏN İNKİŞAF MƏRAMI
Dünən, 11:57
Vətəndaş ödəniş etdi, 2-3 saat sonra avtomobili XƏBƏRSİZ GÖTÜRÜLDÜ — Azərmaşın bu münasibətinə KİM CAVAB VERƏCƏK?
25-11-2026, 17:45
ŞÜKRAN VƏ MİNNƏTDARLIQ DOLU GÖZ YAŞLARI — DÖVLƏT QAYĞISI, İNSANLIQ VƏ TƏMƏNNASIZ HÜQUQİ DƏSTƏYİN TƏSİRLİ TƏZAHÜRÜ!
25-11-2026, 10:18
MSİM və Harvardın dövlət sektoru rəhbərləri üçün təlim proqramı başa çatdı - Fotolar
25-11-2026, 09:58
İranda saxta içkidən kütləvi zəhərlənmə - 8 nəfər öldü, 164 nəfər xəstəxanalıq oldu
23-11-2026, 17:05
“Future Skills Lab: Gələcəyin Bacarıqları Akademiyası” layihəsi uğurla başa çatıb!
23-11-2026, 10:47
Binəqədi rayonu 28 May Qəsəbə sakinləri ADY QSC ev tikəndə pul aldılar, sökəndə niyə haqqımızı vermirlər.
"Mənə işgəncə verib, bıçaqla vurub" - Xalq artisti keçmiş ərindən danışdı
"Biz altı-yeddi il bir yerdə olmuşuq. Mənə hər zaman işgəncə verib, təhdid edib. Dəfələrlə ondan qaçıb başqa yerdə yaşamışam. Amma bunu çox adama bildirməmişəm. Onun bu hərəkətlərinə görə xəstəlik tapmışam. Özünü başqalarının yanında qayğıkeş göstərib, amma gizlində başqa cür olub”.
Bunu Xalq artisti Naibə Allahverdiyeva "Teleqraf”a keçmiş həyat yoldaşı Yusif İsmayılov haqqında danışarkən deyib.
Onun sözlərinə görə, həyat yoldaşından dəfələrlə təhdidlər eşidib: "Deyirdi ki, sənin beynində problemlər var, məndən ayrılsan elə edəcəm ki, ürəyin evdə partlayacaq, beyninə qan sızacaq. Mən bəyəm elə sadəlövhəm ki, səni öldürüb, həbsə düşüm?.. Onsuz da sənin beynində qansızma əlamətləri var.
Mənə dəfələrlə bıçaq vurub. Həmişə gizli-gizli məni güdürdü. Bir də görürdüm, blokda ayağımdan yapışdı. Yuxarı mərtəbədə gizlənirdi. Axırda mən də bezdim. Düşündüm ki, daha cəzasını çəkməlidir. Nə qədər ondan qorxmalıyam, yalan hərəkətlərinə, saxta gözyaşlarına inanmalıyam? Bu səbəbdən ondan şikayət etdim.
Dəfələrlə polisə müraciət etmişəm. İzahatı alınıb, buraxılıb, cəzalandırılmayıb. Bu dəfə cəzasını aldı. Mən onunla heç vaxt barışmaram. Bu insandan uzaqlaşmaq istəyirəm. Bilmirəm xəstədir, nədir. Heç yerdə işləmir. İki-üç gün işləyib işdən çıxır. Mən də belə şeyi qəbul eləmirəm. Deyirdim ki, axmaq işlərlə məşğul olma. Çox şeyi danışmaq istəmirəm. Mən boşanmaq istəmirdim, fədakarlıq göstərirdim. Düşünürdüm ki, bəlkə düzələr. Dövlətimə güvənirəm. Mən bu adamdan uzaqlaşmaq istəyirəm”.
Xatırladaq ki, sənətçinin keçmiş əri Yusif İsmayılov N.Allahverdiyevanın hüquq-mühafizə orqanlarına etdiyi şikayət əsasında saxlanılıb. Bu barədə ilk xəbəri ötən gün Qaynarinfo yayıb.
O, Naibə Allahverdiyevaya qarşı zor tətbiq etməkdə ittiham olunub. Məhkəmənin qərarı ilə Yusif İsmayılov İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və 15 gün müddətə həbs edilib.
























































