Xəbər Lenti
31-08-2026, 15:27
31 AVQUST 2026 — İSMAYIL ZALOVDAN BAŞ PROKURORLUĞUN FƏALİYYƏTİNƏ YÜKSƏK QİYMƏT: ƏDALƏT, ŞƏFFAFLIQ VƏ VƏTƏNDAŞA DİQQƏT
30-08-2026, 17:10
İSMAYIL ZALOV: AZƏRBAYCANDA SÖZ AZADLIĞI, DEMOKRATİYA VƏ İNSAN HÜQUQLARININ QORUNMASI DÖVLƏT SİYASƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİNDƏN BİRİDİR
“İsrail İranın nüvə obyektlərinə zərbəyə hazırlaşır”
“İsrail Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında danışıqlara baxmayaraq, İranın nüvə infrastrukturuna zərbə endirməyə hazırlaşır”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ-nin hakim dairələrindəki mənbələrə istinadən məlumat yayıb.
“İsrailin İranın nüvə obyektlərinə zərbə endirmək ehtimalı son aylarda əhəmiyyətli dərəcədə artıb və ABŞ ilə İran arasında Tehranın bütün urandan imtina etməyəcəyi bir sazişin bağlanması perspektivi bu zərbənin ehtimalını artırır”, - telekanalın məlumatında deyilir.
Mənbələr İsrail iqtidarının hücumla bağlı yekun qərar verib-vermədiyini bilmir.
Xatırladaq ki, ABŞ və İran arasında Tehranın nüvə proqramı ətrafında fikir ayrılıqlarının həlli üzrə dörd raund danışıqlar baş tutub.























































