Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır minaya-dusenler-sehid-ruhin-qehremanovun-atasi-ile-qardasidir
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
Rəhbərlik yerində olanda
Bu fikirlər rəhbərlik etdiyi rayon haqqında müfəssəl biliklərə malik, insanlarla ünsiyyətdə xüsusi yanaşmaya sahib olan, idaretmə prosesində ədalətlilik prinsipini rəhbər tutan, bütün rayon sakinlərinin inamını qazanan və səmimiyyətini hiss etdirərək rayon sakinlərinin problemlərinin həllində xüsusi qayğı və dəstək göstərən və ictimaiyyət içərisində böyük nüfuz sahibi olan Masallı Rayon İcra Hakimiyyətinin başçısı çox hörmətli Araz müəllimə aidddir. Araz müəllimin öz sadəliyi, sakinlərlə səmimi münasibəti,rayonun abadlıq quruculuq işlərində verdiyi dəyərli məsləhətləri, şəhid ailələrinə və qazilərə göstərdiyi sonsuz qayğı, hər bir vətəndaşı diqqətlə dinləməsi, rayonun bütün ərazilərində keçirdiyi görüşlərdə vətəndaşlarla olan səmimi münasibət, qaldırılan məsələlərin və onların problemlərinin qısa müddətdə həllinə nail olması, onun peşəkarlığından uzun müddət idarəetmə təcrübəsindən irəli gəlir.
Bəli əsl masallılı kimi Masallı rayonunun gündən günə gözəlləşməsi sahəsində verdiyi qərarlar təqdirəlaiqdir.
Möhtərəm prezidentimiz İ.Əliyev Araz müəllimi, Masallı rayonuna rəhbər təyin etdiyi gündən, onun apardığı məqsədyönlü iş fəaliyyəti və hər bir vətəndaşa göstərdiyi qayğı, Masallı rayonunun sakinləri tərəfindən yüksək qiymətləndirilir.
Qarşıda görüləsi işlərin həyata keçirilməsi yolunda yorulmadan çalışan Araz müəllimə möhkəm və mənalı sağlam uzun ömür, çətin və şərəfli işində uğurlar arzu edirəm.
Soltanağa Cəfərov.
Masallı rayon Ağsaqqallar Şurasının üzvü,
Əmək veteranı, AJB-nin üzvü,
“Qızıl Qələm” media mükafatı laueratı






















































