Xəbər Lenti
Dünən, 14:25
İsfəndiyar Axundov – quruculuq ənənələrinə və sahibkarlıq məsuliyyətinə söykənən fəaliyyət yolu
Dünən, 14:21
Cəbrayılın aqrar dirçəlişi: Şahin Şirinovun rəhbərlik etdiyi sahənin inkişaf perspektivləri
13-10-2026, 16:07
“Regionlarda könüllü gənclərin bacarıqlarının artırılması və intellektual inkişafına dəstək” layihəsi həyata keçirilib
11-10-2026, 12:30
Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
11-10-2026, 12:25
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
10-10-2026, 14:26
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
10-10-2026, 13:39
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
10-10-2026, 11:36
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
9-10-2026, 12:01
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
Evsizlər hava limanını zəbt etdilər
İspaniyanın Madrid şəhərinin əsas hava limanında məskunlaşan evsizlərin sayı 500-ə çatıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Mail” (DM) qəzeti yazıb.
"İqtidarın "icazəsiz yolçular” adlandırdığı şəxslərin sayı hava limanında təxminən 50-dən, demək olar, 500 nəfərədək artıb”, – məqalədə qeyd olunub.
Nəticədə binanın bir neçə zonasında taxtabitilərə qarşı dezinfeksiya işləri aparılmalı olub.
"Bu, fəlakət zonasına bənzəyir”, – nəşr Madrid hava limanında gördüklərindən təsirlənən turistlərdən birinin sözlərini gətirib.
Məqalədə vurğulanıb ki, limanda lövbər salanlar arasında psixi pozğunluqları, alkoqol və qadağan olunmuş maddələrlə problemləri olan evsiz insanlar var. Onlar bütün mərtəbələrdə müxtəlif sahələrdə yerləşiblər, o cümlədən tualet girişlərini bağlayır və restoran masalarını tuturlar.
Materialda bildirilib ki, evsizlər sərnişinlərin və hava limanı işçilərinin təhlükəsizliyinə təhdid yarada bilərlər: onlarda bıçaqlar və digər silah növləri tapılıb, həmçinin oğurluq edərkən yaxalanıblar.























































