Xəbər Lenti
Dünən, 12:25
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
10-10-2026, 14:26
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
10-10-2026, 13:39
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
10-10-2026, 11:36
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
9-10-2026, 12:01
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
9-10-2026, 10:24
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır minaya-dusenler-sehid-ruhin-qehremanovun-atasi-ile-qardasidir
8-10-2026, 16:30
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
8-10-2026, 14:28
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı
8-10-2026, 10:14
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
7-10-2026, 18:59
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
Ayın iki üzü: Niyə bu qədər fərqlidir və bu nə deməkdir?
1960-cı illərdən bəri sirri açılmayan Ayın yaxın və uzaq üzü arasındakı fərqlər, NASA-nın GRAIL (Gravity Recovery and Interior Laboratory) missiyasından əldə edilən məlumatlarla daha da mürəkkəbləşib.
Qaynarinfo xəbər verir ki, yeni nəticələr bu fərqlərin yalnız səthlə məhdudlaşmadığını, Ayın daxili quruluşunda da nəzərəçarpacaq dərəcədə olduğunu göstərir.
1960-cı illərdə Ayın Yerə görünməyən uzaq üzü ilk dəfə müşahidə olunanda, onun Yerə baxan üzü ilə arxa üzü arasında səthi baxımdan ciddi fərqlər olduğu müəyyən edilmişdi. Lakin son tədqiqatlar bu fərqlərin Ayın daxili qatlarına qədər uzandığını ortaya qoyur.
NASA-nın GRAIL missiyası çərçivəsində toplanan yüksək dəqiqlikli cazibə məlumatları Ayın kütləçəkmə sahəsinin dəqiqləşdirilmiş xəritəsini yaratmağa imkan verib. Bu xəritə Ayın iki üzü arasındakı fərqlərin əvvəl düşünüldüyündən daha dərin və mürəkkəb olduğunu göstərir. GRAIL nəticələrinə əsasən, Ayın Yerə baxan üzü daxildə daha isti və fərqli quruluşa malikdir.
NASA-nın Reaktiv Sürət Laboratoriyasından doktor Rayan Park bildirir: "Ayın daxili quruluşu homogen deyil. Yerə baxan yaxın tərəfi dərinliklərdə daha isti və geoloji baxımdan daha fəaldır. Bu vəziyyət Ayın vulkanik keçmişini və səth fərqlərini izah edir".
Tədqiqatlar Ayın yaxın və uzaq üzü arasında relyef, qabıq qalınlığı və daxili istilik istehsalı kimi bir çox fərq olduğunu üzə çıxarıb. Yaxın üzdəki mantiyanın uzaq üzə nisbətən 2-3% daha "yumşaq” olduğu və radioaktiv elementlərin təsiri ilə 100-200°C daha isti olduğu hesab edilir. Bu kiçik fərqlər, Ayın milyonlarla illik geoloji təkamülünü anlamaq baxımından olduqca vacibdir.
Yalnız Ay deyil, digər planetlər və peyklər üçün də cazibə məlumatları onların daxili quruluşunu öyrənməkdə mühüm vasitə sayılır. Məsələn, NASA-nın "Juno” missiyası kimi layihələr, Yupiterin vulkanik "İo” peyki haqqında da yeni bilgilər təqdim edir. Dr. Park deyir: "Cazibə sahəsindəki dəyişiklikləri təhlil etməklə, göy cisimlərinin daxilində bərk və ya maye qatların mövcudluğunu və sıxlıq fərqlərini aşkar edə bilirik”. Texnologiyanın inkişafı bu cür təhlilləri uzaq dünyaları daha detallı şəkildə araşdırmaq üçün mümkün edəcək".
Bu araşdırma təkcə elmi deyil, gələcək insanlı Ay missiyaları baxımından da böyük əhəmiyyətə malikdir. Dr. Park bildirir: "Tədqiqatımız indiyə qədər yaradılmış ən ətraflı Ay cazibə xəritəsini təqdim edir. Bu xəritə, Ayda "konumlandırma, seyrüsefer və zamanlama” (PNT) sistemlərinin hazırlanması üçün baza olacaq".
Bu isə Ay səthinə enmə, qalxma və yerüstü əməliyyatların daha təhlükəsiz və effektiv şəkildə aparılmasını təmin edəcək.
GRAIL məlumatları ilə əldə edilən bu genişmiqyaslı cazibə xəritəsi, Ay araşdırmaları üçün həyati bir resurs olacaq və gələcək kosmik missiyalara böyük töhfə verəcək. Araşdırmanın nəticələri "Nature” jurnalında dərc olunaraq elmi dairələrdə böyük maraq doğurub.
Aydın






















































