Xəbər Lenti
Dünən, 15:39
Binəqədidə sensasion iddia: Ramil Abasovun təyinatı ətrafında 200 min manatlıq rüşvət qalmaqalı
20-08-2026, 20:00
Astana görüşləri: Beynəlxalq hüquq müdafiəçisi İsmayıl Zalov Qazaxıstan Ali Məhkəməsində — ədalət, şəffaflıq və insan hüquqlarına həsr olunmuş mühüm görüş
20-08-2026, 15:46
Hacı İldırım Allahyarov – Masallının "İstisu" sanatoriyasının inkişafına töhfə verən iş adamı
19-08-2026, 18:26
Sahibkara “qanunsuz tikinti” damğası, bəs kirayə evdəki fəaliyyətlə kim nəzarət edir?
18-08-2026, 19:08
Beynəlxalq hüquq müdafiəçisi İsmayıl Zalovun Qazaxıstan Respublikasının Astana şəhərində növbəti hüquqi uğuru — ədalətin və insan hüquqlarının təntənəsi
18-08-2026, 13:49
“Rusiyanın informasiya məkanında Azərbaycana qarşı təhqiramiz fikirlər yolverilməzdir”
Corablarında 40 min dollarla tutulmuşdu - Azadlığa buraxıldı
Gürcüstan vətəndaşı olan yük avtomobili sürücüsü "Qırmızı Körpü” gömrük postunda 60 min ABŞ dollarını qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirmək istəyərkən saxlanılıb.
"Qafqazinfo”nun məlumatına görə, 41 yaşlı Agil Nazarov 40 min dolları corablarında, 20 mini isə şalvarının cibində gizlədərək ölkəyə keçirməyə çalışıb.
Gömrük əməkdaşları sürücünün üstünə baxış keçirərkən qanunsuz pul vəsaiti aşkarlanıb, onun barəsində cinayət işi başlanılıb.
İstintaqla müəyyən edilib ki, pul Agil Nazarova məxsus olmayıb. O, istintaqa verdiyi ifadəsində deyib ki, Fərid adlı şəxs həmin vəsaiti Bakıya çatdırmaq üçün ona verib və qarşılığında 120 manat vəd edib. Maddi çətinliklərlə üzləşdiyi üçün də bu təklifi qəbul edib.
Anket məlumatlarından məlum olub ki, Agil Gürcüstan vətəndaşı olsa da, 10 ildən çoxdur Bakıda yaşayır. O, iki azyaşlı uşaq atasıdır, sürücü işləməklə ailəsini dolandırır.
Cinayət işi üzrə ittihamlar təqsirləndirilən şəxsin etirafedici ifadəsi və şahidlərin dindirilməsi ilə sübuta yetirilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Agil Nazarov qaçaqmalçılıqda təqsirli bilinib. Lakin məhkəmə iki azyaşlı övladı olmasını da nəzərə alaraq onu həbsdə saxlamayıb. Agilə şərti cəza təyin edilib, o, məhkəmə zalından azadlığa buraxılıb.























































