GÜLNARA HƏMİDOVA – SÖZÜNƏ, QƏLƏMİNƏ VƏ İNSANLIĞINA SADİQ ÖMÜR YOLU! DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
Gülnara Həmidova: ŞAHİN BABAYEVİN ƏZİZ XATİRƏSİ QƏLBİMİZDƏ DAİM YAŞAYACAQ – BİR İLİN AĞRISI, BİR ÖMRÜN UNUDULMAZ İZLƏRİ...
“Seliverstov” 200 minlik dələduzluğunu ifşa edən İsrail vətəndaşlarına qarşı şər-böhtan kampaniyasina başlayıb
MÜDAFİƏ YAZISI ŞƏLALƏ HÜSEYNOVANIN FƏALİYYƏTİ İLƏ BAĞLI İDDİALARI TƏKZİB EDİRMİ? – XEВERMEDİA.İNFO-DAN SƏRT CAVAB!
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
ƏZİZ İLKİN, ATANIZ FÜZULİ MÜƏLLİMİN ƏZİZ XATİRƏSİ QARŞISINDA BAŞ ƏYİR, SİZƏ VƏ AİLƏNİZƏ DƏRİN HÜZNLƏ BAŞSAĞLIĞI VERİRİK!
Üçrəngli Bayrağımız müstəqilliyimizin, milli qürurumuzun və Zəfərimizin əbədi rəmzidir
AYB və AJB-nin üzvü Şamil Cəfər: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, DÖVLƏTİMİZİN GÜCÜNÜN VƏ XALQIMIZIN MƏĞLUBEDİLMƏZLİYİNİN TƏNTƏNƏSİ!
“Xezertv.info”-nun Baş redaktoru Fərid Səfərov: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, QƏHRƏMANLIĞIMIZIN VƏ TARİXİ ƏDALƏTİN TƏNTƏNƏSİ!
Xezertv.info-nun baş direktoru Çingiz Mahmduov: 8 NOYABR – TARİXİN DƏYİŞDİYİ, BAYRAĞIMIZIN QARABAĞDA ƏBƏDİ UCALDIĞI GÜN!
Zeferyolu.az-ın rəhbəri Jalə Ağakişiqızı: 8 NOYABR – QALİB XALQIN QÜRUR GÜNÜ, AZƏRBAYCANIN ƏBƏDİ ZƏFƏR SALNAMƏSİ!
İnam Kərimov Türkiyədəki konfransda
6-7 may tarixlərində Ali Məhkəmənin sədri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransında iştirak etmək üçün Türkiyə Respublikasının Antalya şəhərində səfərdə olub.
“Qafqazinfo” xəbər verir ki, İnam Kərimov səfər çərçivəsində təşkil olunmuş Konfransda çıxış edib.
O qeyd edib ki, Türk Dövlətlərinin Ali Məhkəmələrinin vahid platformada növbəti dəfə bir araya gəlməsi birgə dəyərlər və ortaq hüquqi irs əsasında əməkdaşlığı gücləndirmək baxımından xüsusi əhəmiyyət daşıyır. Bu təşəbbüsün rəsmi təməlinin 2023-cü ilin 19 oktyabrında Azərbaycanın Şuşa şəhərində imzalanmış Bəyannamə ilə qoyulduğunu xatırladan sədr Konfransın hüquqi əməkdaşlığın başlanğıcı üçün mühüm imkanlar yaratdığını diqqətə çatdırıb. “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” deyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin türk dövlətləri ilə əlaqələrə xüsusi önəm verdiyi vurğulanaraq, türk dünyası ölkələrinin birliyinin bundan sonra daha da möhkəmlənəcəyinə əminlik ifadə olunub.
Qeyd edilib ki, müasir dövrdə məhkəmə sistemlərinin qarşısında duran əsas vəzifələrdən biri ədalət mühakiməsinin şəffaf və çevik həyata keçirilməsi, bu sahədə səmərəliliyin artırılması, vətəndaşların ədalətə çıxış imkanlarının genişləndirilməsidir. Azərbaycanın məhkəmə-hüquq sistemində son illərdə həyata keçirilən mütərəqqi islahatlar da bu məqsədlərə xidmət edir.
Çıxışda türk dövlətlərinin ali məhkəmələri arasında daha çox mütərəqqi layihələrin həyata keçirilməsi, gənc hüquqşünasların və hakimlərin yetişdirilməsi və beynəlxalq təcrübənin tətbiqinin vacibliyi vurğulanıb. Təklif edilib ki, Türk Dövlətləri Ali Məhkəmələri Konfransının növbəti iclaslarında hüquqşünas və hakimlərin iştirakı ilə ədalət mühakiməsi qarşısında duran yeni çağırışlar, məhkəmə sahəsində vahid təcrübə yaradan qərarların qarşılıqlı öyrənilməsi istiqamətində müzakirələr təşkil edilsin. Eyni zamanda məhkəmə qərarlarının və hüquqi praktikaların müqayisəsi və müasir yanaşmaların tətbiqinin faydalı olacağı diqqətə çatdırılıb.
Konfransda digər çıxışlar da dinlənilib.
Sonda Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib.
Səfər Çərçivəsində İnam Kərimov Türkiyə Ali Məhkəməsinin sədri Ömər Kərkəz və Türkiyə Ali İnzibati Məhkəməsinin sədri Zeki Yiğitlə görüş keçirib. Görüşlərdə iki ölkə arasında məhkəmə-hüquq sahəsində qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə edilib.

























































