Xeyriyyəçi ziyalı xanım Zərniyar Kərimova: Maarifçiliyin, həqiqətin və milli dəyərlərin təntənəsi
22 İyul – Milli Mətbuat və Jurnalistika Günü: Milli düşüncənin və dövlətçilik ənənələrinin daşıyıcısı
Xeyriyyəçilik və sahibkarlığın vəhdəti: “EL Holding”in rəhbəri Elçin Muradovun nümunəvi fəaliyyəti
GİKM TƏRƏFİNDƏN REGİONLARDA SÜNİ İNTELLEKT MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ SESSİYALAR KEÇİRİLİB
"Best Energy Group" MMC-nin rəhbəri Sahib Süleymanov – vətənə, dövlətə və insanlara xidmət nümunəsi
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev: Milli mətbuatın şərəfli yolu və cəmiyyət qarşısındakı missiyası
Nuru Abdurahmanov – Göyçayın inkişafına xidmət edən, vətənpərvər və məsuliyyətli bələdiyyə sədri
Aqil Niftəliyev – yol təsərrüfatının inkişafına töhfə verən, dövlətə və xalqa sədaqətlə xidmət edən rəhbər
Green Villa Baku (Greenville Residence) – müasir yaşayış konsepsiyasını təbiətlə birləşdirən nümunəvi layihə
Azərbaycan-Türkiyə müharibə, silahlı qüvvələr veteranlarının tarixi görüşü.
3 may 2025-ci il tarixində Türkçülük Günü təsis edilməsinin 80-illik Yubileyi münasibəti ilə Azərbaycan və Türkiyə müharibə, silahlı qüvvələr veteranlarının Beynəlxalq görüşü keçirildi. AVMVİB (Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi) və ASKEF (Avrasiya Sənət, Kültür və Ədəbiyyat Federasiyonu) birgə təşkil etdiyi bu tarixi görüş Azərbaycan və Türkiyə müharibə, silahlı qüvvələr veteranlarını Şəhidlər xiyabanı, Bakı Türk şəhidliyinin ziyarəti ilə başladı. Görüş AVMVİB-nin Səbail rayon şöbəsinin Konfrans zalında dəyirmi masa arxasında davam etdi. AVMVİB-nin beynəlxalq əlaqələr üzrə müavini polkovnik Elmar Hüseynov Azərbaycan və Türkiyə müharibə, Silahlı Qüvvələr veteranlarının Beynəlxalq görüşünü açıq elan etdi. Azərbaycan Respublikasının və Türkiyə Cümhiriyyətinin dövlət himnləri səsləndirildi. AVMVİB-nin Sədri Füzuli Rzaquliyev görüş iştirakçılarını salamladı. O, çıxışında bir millət iki dövlət və qardaşlığımızın əbədi olduğunu xüsusi ilə vurğuladı. 3 may-Türkiyə və Türk dünyasında Türkçülük günü olaraq qeyd olunduğunu qeyd etdi. ASKEF Başqanı Savaş Unal Türkiyədən gələn nümayəndə heyyəti adından dərin təşəkkürünü bildirdi və qardaşlığımızın, dostluğumuzun əbədi olduğunun vurğuladı. AVMVİB-nin 30 illik Yubileyinə həsr edilmiş video klip görüş iştirakçılarına nümayiş etdirildi. Görüşdə müharibə veteranı, şair İmran Güllübulaqlı Azərbaycan-Türkiyə qardaşlığına həsr etdiyi şerini təqdim etdi. ASKEF-in Azərbaycan və Orta Asiya ölkələri üzrə təmsilçisi Sona İsmayılova və şairə Nəsibə İsrafilqızı çıxış etdilər, Türkiyə Azərbaycan qardaşlığına həsr etdikləri şeirləri oxudular. Görüş iştirakçıları birgə xatirə şəklilləri çəkdirdilər.
Fərid Faiqoğlu
Xezertv.info-nun rəhbəri
AJB-nin üzvü































































