Xəbər Lenti
Dünən, 09:38
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
27-10-2026, 09:44
Seçkidə uduzduqdan sonra pasportları əlindən alındı - Ölkədən çıxışı qadağan edildi
26-10-2026, 14:29
Lənkəran ŞİH başçısı şəhid Elməddin Məmmədli və Ramid Əliyevin məzarını ziyarət edib
26-10-2026, 13:21
26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
“Təəssüf ki, onunla heç vaxt eyni klubda oynaya bilmədim”
Dünya futbolunun canlı əfsanəsi Ronaldinyo birlikdə oynamaq arzusunda olduğu futbolçunun adını açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “L'Équipe” məlumat yayıb.
“Həmişə Zinəddin Zidanla qürur duymuşam. Təəssüf ki, onunla heç vaxt eyni komandada oynaya bilmədim. Zidan ideal futbolçu olub. Ona həm də məşqçi kimi böyük hörmətim var”, - braziliyalı ulduz bildirib.
Xatırladaq ki, Zidan futbolçu qismində “Kann”, “Bordo”, “Yuventus” və “Real Madrid”də forma geyinib. O, 2016-2018 və 2019-2021-ci illərdə “Real”da baş məşqçi postunu tutub. Zidan “kral klubu” ilə 2 dəfə La Liqanın, 2 dəfə İspaniya Superkubokunun və 3 dəfə Çempionlar Liqasının qalibi olub.























































