Sumqayıtın 26 saylı bağçasında nə baş verir? – İddialar, suallar və cavabsız qalan həqiqətlər
TƏBRİK EDİRİK: Ramin Abasovun Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin olunması münasibətilə...
Nazim Eynallı: Şamaxı-Çuxuryurd-Nağaraxana avtomobil yolunun 18-ci kilometrliyində cari təmir işləri davam etdirilir.
Binə sakini haqsızlığa qarşı FƏRYAD EDİR!!!
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına
“Xezertv.info”ya daxil olan şikayəti olduğu kimi dərc edirik.
Möhtərəm Prezident!
Əslində bu müraciəti sizə yox, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahova ünvanlamalıydıq ki, bir tədbir görsün. Əfsuslar olsun ki, Binə qəsəbəsinin icra nümayəndəsi və onun ştatdankənar "qoçuları" , özünü "yeraz" Samir və Namiq kimi təqdim edən "arxalı köpəklər" məhz elə icra başçısı Elşən Salahovun adından çıxış edərək "kor xəlifəlik" edirlər. Qanunun aliliyini, Sizin-əhalini incitməyin, ədalətlə, rüşvətsiz işləyin-tapşırıqlarınıza məhəl qoymaq düşüncəsi bunlar yaddır. Bunların bildiyi 2 cümlə var:
1. Birmərtəbəli tikinti üçün 3000, iki mərtəbəli tikinti üçün 6000 verməlisən.
2. Kimə istəyirsiniz şikayət edin, pulu verməsəniz, əziyyət çəkib daşı daş üstünə qoymayın.Onsuz da uçuracağıq.
Cənab Prezident!
Bir sözlə Binə qəsəbəsində vurçatlasındır. Bir yandan "tikirlər", bir yandan sökürlər. Hər iki hal rüşvət mənbəyidir. Fərq bircə ondadır ki, tikilən evlərdən pulu İsra başçısının "daskısı" adı ilə alırlar, amma sökülən evləri bir başa Sizin adınızla sökdürürlər. Sakinlər-necə olur Prezident sərəncam verir ki, sənədsiz evlər qanun çərçivəsində sənədləşdirilisin, siz isə sökürsünüz-deyəndə isə daha iyrənc məntiqə söykənərək "Biz yerlərdə Prezidentin tapşırıqlarına uyğun vəzifəmizi yerinə yetiririk, gedin sözünüzü Prezidentə deyin" -cavabını verirlər. Onların sözlərindən belə çıxır ki, Siz xalqın lehinə bir sərəncam imzalayırslnız, məmurlara isə "tərsini icra edin" əmrini verirsiniz?
Yaxud, doğrudan da, Elşən Salahovun "dayısına" elə gəlir ki, həqiqətən Xəzər rayon sakinlərinin Elşən sevgisi o qədər böyükdür ki, pul yığıb "yuxarılara" çatdırmağa tələsirlər ki, Prezident onu vəzifədən azad etməsin? Bu özbaşnalığın, həyasızlığın dar və primitiv bazar düşüncəsinin güvənli enerji mənbəyi olmasa belə cılız və cahil üsullarla əlini ,qolunu sallayıb rahat, saymazyana gəzmək mümkün ola bilməzdi.
Bunların əhalini incitmək, onlardan pul yığmaq üçün şeytanın belə ağılına gəlməyən saysız, hesabsız, qanunsuz və cinayətkar əməllərini saymaqla bitməz. Nə Sizə, nə də Xəzər rayon (xüsusi ilə Binə qəsəbəsi) sakinlərinə başqa düşmən lazım deyil, Cənab Prezident.
Cənab Prezident!
Sadəcə olaraq hava limanından uçarkən uçaqdan bir dəfə aşağı baxın. Bu quldurlar tərəfindən aşağıda gördüyünüz bütün sökülən və tikilən evlərə qoyulmuş "daskı"lardan və digər qanunsuz əməllərdən cana doymuş sakinlərin ah-naləsinin ərşə necə çəkdiyini və bu ah-nalə üzərində Ərəstunun Binə Bolluqda ucalan milyonluq 3 mərtəbəli villasını aydın görəcəksiniz. Sonra göyə də baxa bilərsiniz cənab Prezident. Və ALLAH hər yerdə var. Heç olmasa, pıçıltı ilə də olsa, bu qaniçən məmurlarınıza -adamsınız, adamın Allahı olar- deyin. Bütün hallarda Xəzər rayon sakinlərinin ümidi Allaha və Sizə qalıb. İnanırıq ki, o məzlum insanların səsi eşidiləcək!!!
PS. Samir və Namiq adlı ştatdankənar məxluqları yemləyən Ərəstunun əməllərini isə hüquq mühafizə orqanları araşdırsa yaxşıdır. Sonra bütün hallarda gec olacaq. Nə Binə camaatının ah-naləsi, nə də mənlikləri bu haqsızlığın uzun sürməsinə imkan verməyəcək.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Xezertv.info