Vətənə və dövlətə bağlı sahibkarlığın nümunəsi – Minera Group şirkətlər qrupunun təsisçisi və rəhbəri Xudaqulu Rzayev
Həkim Pərvaz Kişiyevin fəaliyyəti ilə bağlı suallar cavabsız qalır – rəsmi qurumların susqunluğu ictimai narahatlıq yaradır
Xudayar Rəhimov – Cəlilabadın yol təsərrüfatının inkişafına töhfə verən rəhbər, şəhid ailələri və qazilərin yaxın dostu
İSMAYIL ZALOV: “İNSAN HÜQUQLARINA HÖRMƏT EDƏK, QANUNLARI POZMAYAQ, AZADLIĞIMIZIN QƏDRİNİ BİLƏK”
3 aya 108 maşın yanıb - Sürücülərə müraciət
Son dövrlər avtonəqliyyat vasitələrində baş vermiş yanğınların Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış təhlili onu göstərir ki, avtomobilin elektrik sistemindəki nasazlıq, yanacaq sistemində sızmalar, bəzi hissələrin yüksək temperaturu, habelə avtomobildə siqaret çəkilməsi bu yanğınların əsas səbəblərindəndir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, təkcə 2025-ci ilin birinci rübü ərzində ölkə ərazisində avtonəqliyyat vasitələrində yanğınla bağlı “112” qaynar telefon xəttinə 108 məlumat daxil olub və yalnız yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğınlar qısa müddətdə söndürülərək daha böyük fəsadların qarşısı alınıb.
Qeyd olunanları nəzərə alaraq, FHN avtonəqliyyat vasitəsi sahiblərinə və sürücülərə müraciət edərək müvafiq yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır.
Belə ki, avtomobillərin texniki sazlığı daim nəzarətdə saxlanılmalı, izolyasiyası pozulmuş naqillər yeniləri ilə əvəz olunmalı, avtomobildə istehsalçı normalarını pozan dəyişikliklər edilməməli və yanğına səbəb ola biləcək digər hallara yol verilməməlidir. Nəzərə alınmalıdır ki, avtomobilin salonunda siqaret çəkmək təhlükəlidir!
Həmçinin hər bir avtomobil odsöndürən balonla təchiz edilməli və balonun saz və istifadəyə yararlı olması daim nəzarətdə saxlanılmalıdır. Odsöndürən balon sürücü üçün əlçatan yerdə saxlanılmalıdır.
Avtomobildə alışma və ya yanğınla bağlı hər hansı əlamət hiss edərkən dərhal onu dayandırın və mühərriki söndürün. “112” qaynar telefon xəttinə məlumat verin və əgər yanğın kiçikdirsə, ilkin odsöndürücü vasitələrlə yanğını söndürməyə çalışın. Yanğın güclüdürsə, buna cəhd etməyin və təhlükəsiz məsafəyə (ən azı 10 metr aralıya) çəkilin.























































