Menu
Xəbər Lenti
İsrailə gizli səfər etdi
20-10-2026, 10:31

İsrailə gizli səfər etdi

15 yolda tıxac var - Siyahı
19-10-2026, 10:02

15 yolda tıxac var - Siyahı

21 Aprel 2025 11:16Manşet / Gündəm

Nazim Eynallı: Şamaxı-Çuxuryurd-Nağaraxana avtomobil yolunun 18-ci kilometrliyində cari təmir işləri davam etdirilir.

 

Bu barədə AzadMedia.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) nəzdində olan “19 saylı Xüsusi Təyinatlı Yol İstismarı” MMC-dən məlumat verilib.

Məlumata görə, son günlər yağan güclü yağışlar nəticəsində yolun asfalt beton örtüyü sıradan çıxıb. Yolda irihəcmli çatlar və çuxurlar əmələ gəlib.

Sıradan çıxmış asfalt-beton örtüyü qurum əməkdaşları tərəfindən kəsilərək çıxarılıb. Hazırda avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.






www.AzadMedia.az