Xəbər Lenti
Dünən, 14:25
İsfəndiyar Axundov – quruculuq ənənələrinə və sahibkarlıq məsuliyyətinə söykənən fəaliyyət yolu
Dünən, 14:21
Cəbrayılın aqrar dirçəlişi: Şahin Şirinovun rəhbərlik etdiyi sahənin inkişaf perspektivləri
13-10-2026, 16:07
“Regionlarda könüllü gənclərin bacarıqlarının artırılması və intellektual inkişafına dəstək” layihəsi həyata keçirilib
11-10-2026, 12:30
Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
11-10-2026, 12:25
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
10-10-2026, 14:26
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
10-10-2026, 13:39
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
10-10-2026, 11:36
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
9-10-2026, 12:01
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
Bu gün Pasxa bayramıdır
Bu gün xristian aləmi Pasxanı qeyd edir.
"Report" xəbər verir ki, bu il katoliklər, pravoslavlar və protestantlarda xristianlar üçün müqəddəs bayram eyni günə təsadüf edir. Sonuncu dəfə belə bir hal 2017-ci ilə təsadüf edib.
Pasxa xristianların ən qədim, mühüm və sevimli bayramlarından biridir. Bayramın mahiyyəti İsa Məsihin ölümə qalib gələrək dirilməsidir. Bununla da İsa Məsih bütün bəşəriyyət üzərindəki ölüm və günah lənətini yox etmiş olur. İsa Məsih Allahın oğlu olaraq dünyaya gəlməklə insanın təbiətinə, onun bütün ağrılana, hətta ölümünə şərik olur.
Ənənəyə görə, dindarlar cümə axşamı günü səhər saatlarında kuliç bişirir, axşam pasxa hazırlayır, şənbə günü onları kilsəyə aparır, şənbə günündən bazar gününə keçən gecə isə Pasxanın və İsanın Dirilməsi bayramının başlanmasını bildirən Xaç yürüşü edirlər. İsa peyğəmbərin Dirildiyi Müqəddəs Gün isə hamı pasxa süfrəsi arxasında əyləşir, bir-birini pasxa və kuliçə qonaq edir, yumurta döyüşdürür və bir-birini "İsa Dirildi!” kəlməsi ilə salamlayır.
Təqvimdəki mövqeyi və simvolikası baxımından Pasxa, qədim yəhudi bayramlarından biri olan Pesaxa əsaslanır. Əksər dillərdə "Pasxa” və "Pesax” sözləri də əlaqəli və ya omonim sözlər kimi işlədilir. Dünyanın müxtəlif hissələrində bir-birindən fərqli Pasxa adətləri olsa da, şəfəq xidmətləri, Pasxa bayramlaşması, kilsə dövrələməsi və İsanın boş türbəsinin simvolu olan bəzədilmiş Pasxa yumurtaları ümumi motivlərdir.
Əlavə olaraq, yumurta döyüşdürülməsi, Pasxa dovşanı, Pasxa oyun və festivalları kimi ənənələr də vardır ki, bu ənənələr də xristianlarla yanaşı, qeyri-xristian topluluqlar arasında da geniş yayılıb. Qeyd edək ki, bütün dünyada olduğu kimi, Azərbaycanda yaşayan xristianlar da bu müqəddəs bayramı tənənə ilə qeyd edirlər.(report.az)























































