Xəbər Lenti
Bugün, 21:41
Xeyriyyəçi ziyalı xanım Zərniyar Kərimova: Maarifçiliyin, həqiqətin və milli dəyərlərin təntənəsi
Bugün, 21:35
22 İyul – Milli Mətbuat və Jurnalistika Günü: Milli düşüncənin və dövlətçilik ənənələrinin daşıyıcısı
Bugün, 16:52
Xeyriyyəçilik və sahibkarlığın vəhdəti: “EL Holding”in rəhbəri Elçin Muradovun nümunəvi fəaliyyəti
Bugün, 13:06
GİKM TƏRƏFİNDƏN REGİONLARDA SÜNİ İNTELLEKT MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ SESSİYALAR KEÇİRİLİB
Bugün, 12:00
"Best Energy Group" MMC-nin rəhbəri Sahib Süleymanov – vətənə, dövlətə və insanlara xidmət nümunəsi
Dünən, 21:50
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev: Milli mətbuatın şərəfli yolu və cəmiyyət qarşısındakı missiyası
Dünən, 18:37
Nuru Abdurahmanov – Göyçayın inkişafına xidmət edən, vətənpərvər və məsuliyyətli bələdiyyə sədri
Dünən, 18:09
Aqil Niftəliyev – yol təsərrüfatının inkişafına töhfə verən, dövlətə və xalqa sədaqətlə xidmət edən rəhbər
Dünən, 17:26
Green Villa Baku (Greenville Residence) – müasir yaşayış konsepsiyasını təbiətlə birləşdirən nümunəvi layihə
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə STM arasında Memorandum imzalandı
Sosial Tədqiqatlar Mərkəzinin nümayəndələri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) olublar.
Konfederasiya sədri Sahib Məmmədov ölkəmizdə həmkarlar ittifaqlarının səmərəli fəaliyyəti üçün yaradılan əlverişli şəraiti və cənab Prezident İlham Əliyevin bu sahəyə diqqət və qayğısını vurğulayıb, ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının müdafiəsi, sağlamlığının qorunması, müalicə və istirahətinin təşkili istiqamətində görülən işlərdən danışıb.
Görüşdə həmkarlar ittifaqları sistemində aparılan islahatlar, tətbiq edilən yeniliklər, "AHİK Könüllüləri”, "Layiqli Əmək Səfirləri”, "Həmkardan həmkara qayğı ilə”, "AHİK Plus" layihələri və "Kurort” Turizm İnformasiya Mərkəzinin fəaliyyəti barədə ətraflı məlumat verilib.
Sonra AHİK-in fəaliyyəti, eləcə də "Layiqli Əmək Səfirləri”, "Həmkardan həmkara qayğı ilə” layihələrindən bəhs edən videomateriallar nümayiş olunub.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Oruc Konfederasiya tərəfindən həyata keçirilən islahatları və yenilikləri yüksək dəyərləndirib, əmək münasibətlərinin tənzimlənməsi, ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafında həmkarlar ittifaqlarının rolunu qeyd edib.
Sosial Tədqiqatlar Mərkəzinin fəaliyyəti və hədəfləri barədə danışan Zahid Oruc iki qurum arasında əlaqələrin qurulması və inkişafının əhəmiyyətini vurğulayıb.
Görüşdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə Sosial Tədqiqatlar Mərkəzi arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb.
Sonra Sosial Tədqiqatlar Mərkəzinin nümayəndələri AHİK-də vətəndaşların qəbulu üçün yaradılmış şəraitlə, "Kurort” Turizm İnformasiya Mərkəzində yollayışların verilməsi prosesində tətbiq edilən yeniliklərlə, eləcə də yeni yaradılmış Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzi ilə tanış olublar.























































