Xəbər Lenti
9-09-2026, 20:11
Türkiyə Uluslararası Elmlər Akademiyasının fəxri professoru, hüquq elmləri üzrə fəlsəfə doktoru və tanınmış şair Raqif Nazimoğlunun təqdimatında
9-09-2026, 19:41
QHT sədri İmişli rayonunda 70 aztəminatlı ailənin uşaqlarına məktəb geyimləri və ləvazimatlarə təqdim edib
9-09-2026, 10:23
“Volvo” dünyanın ən etibarlı avtomobil markaları sırasındadır - Mükəmməllik standartı
Millimiz Xorvatiyaya qarşı
Azərbaycanın futzal millisi Avropa çempionatının əsas mərhələsində bu gün son matçına çıxacaq.
“Qafqazinfo” xəbər verir ki, Vitali Borisovun baş məşqçisi olduğu kollektiv qrup liderliyini və qitə birinciliyinin final mərhələsinə vəsiqəni təmin etmiş Xorvatiya yığması ilə qarşılaşacaq.
Bakı İdman Sarayında keçiriləcək görüşün start fiti saat 20:00-da səsləndiriləcək. Qarşılaşmanı Kiprdən olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, millinin yer aldığı V qrupda Xorvatiya 15 xalla liderdir. Yunanıstan 7 xalla ikinci, İsveç 4 xalla üçüncü, Azərbaycan 2 xalla sonuncu - dördüncüdür.























































