Menu
Xəbər Lenti
Faktiki hava açıqlandı
12-07-2026, 11:21

Faktiki hava açıqlandı

Bu gün imtahan var
12-07-2026, 11:18

Bu gün imtahan var

Savaşdan qələbəyə
11-07-2026, 16:04

Savaşdan qələbəyə

FHN daha bir təlim keçirdi
9-07-2026, 12:32

FHN daha bir təlim keçirdi

20 Dekabr 2023 08:00Manşet / İdman

Azərbaycan futzal millisi DÇ-2024-ün elit mərhələsində bu gün son oyununa çıxacaq

 

Futzal üzrə Azərbaycan millisi DÇ-2024-ün elit mərhələsində bu gün son oyununa çıxacaq.

Oxu.Az-ın məlumatına görə, A qrupunda yer alan Vitali Borisovun kollektivi Niderlandla qarşılaşacaq.

Almere şəhərində yerləşən “Topsportsentrum Arena”da baş tutacaq görüşü Litvadan olan hakimlər briqadası idarə edəcək.

Son tur ərəfəsində Azərbaycan yığması 4 xalla sonuncu pillədə qərarlaşıb, Niderlandın isə hesabında 6 xal var. Millimiz qələbə qazanacağı təqdirdə, qrupu ikinci pillədə tamamlaya bilər. Komandanın pley-off mərhələsinə vəsiqə qazanıb-qazanmayacağı isə digər qruplardakı nəticələrdən də asılı olacaq.

Qrupun digər matçında Rumıniya ilə Qazaxıstan birincilərin meydançasında üz-üzə gələcəklər.

DÇ-2024, elit mərhələ

A qrupu, VI tur

20 dekabr

21:30. Niderland - Azərbaycan

Hakimlər: Dominikas Norkus, Mantas Pomeçkis, İrmantas Kapraşovas (hamısı Litva).

Timekeeper: Joern Te Kloeze (Niderland).

Hakim-inspektor: Karel Heniç (Çexiya).

UEFA nümayəndəsi: Fabritsio Di Feliçe (İtaliya).

Almere. “Topsportsentrum Arena”.