Xəbər Lenti
Dünən, 12:08
Yol inkişafının sədaqətli rəhbəri: Tərtər Rayon 29 Saylı Yol İstismar İdarəsinin rəisi Ramil Bayramov
Dünən, 06:58
Mehriban Əliyevanın fəaliyyəti sübut edir ki, dövlət gücü yalnız hüquqi mexanizmlərlə deyil
6-02-2026, 11:00
Həmrəyliyin və sosial ədalətin təntənəsi: Taleh Məmmədovdan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 33 illiyi münasibətilə səmimi təbrik
6-02-2026, 09:56
Həyat Dursunəliyeva – gələcəyin sağlam və savadlı nəslini formalaşdıran fədakar təhsil rəhbəri
6-02-2026, 08:35
Şirvan ŞİH-nin başçısı İlqar Abbasov – Şirvanın inkişafına xidmət edən məsuliyyətli rəhbər
5-02-2026, 12:13
Səhiyyədə peşəkarlıq, humanizm və idarəçilik mədəniyyətinin uğurlu ünvanı - Rəşid Vəzirov
5-02-2026, 07:47
Məktəbi xarici ölkədə bitirən şəxslər Azərbaycanda ali təhsil almaq üçün hansı sənədləri təqdim etməlidirlər?
5-02-2026, 07:45
Sahibkarların nəzərinə: Aqrar müəssisələrin baş planlarına dair tələblər təsdiqləndi
5-02-2026, 07:42
"Nike" şirkətinə qarşı araşdırma başlandı: Məşhur brend irqi ayrı-seçkilikdə ittiham olunur
5-02-2026, 07:36
ABŞ nadir torpaq elementlərinin istehsalını artırır - Çindən asılılıq narahatlıq yaradıb
Saleh Məmmədova yaxın olduğu deyilən "tender kralı" daha bir müsabiqənin qalibi oldu
"Tender kralı" kimi tanınan ATF şirkəti növbəti satınalma müsabiqəsinin qalibi seçilib.
Qaynarinfio-nun məlumatına görə, şirkətin qalib seçildiyi tenderi Ağdaş Rayon İcra Hakimiyyəti keçirib.
Tender Ağdaş şəhəri İqbal Rzayev, F.Səfərov, Ərəş, Mirzalı Əliyev, M.Ə.Rəsulzadə və Sönməz Məmmədov küçələrində aparılacaq əsaslı təmir işlərinin satına alınması ilə bağlıdır.
ATF şirkətinin qiymət təklifi 397 547,43 manat olub. Bu məbləğ şərtlər toplusuna uyğun hesab edilib.
ATF şirkəti barədə mediada kifayət qədər yazılıb. Şirkət 23 dekabr 2003-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin hüquqi ünvanı Göyçay rayonunun Çayarxı kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi Muradov Təbriz Əzim oğludur.
ATF Azad, Təbriz və Fəxrəddin Muradov qardaşlarına məxsusdur. Şirkətin adı onların baş adlarının baş hərflərinin birləşməsidir.
Bəzi iddialara görə, şirkət Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədova bağlıdır. Bu iddia ATF-in əsasən yol təmirləri ilə bağlı keçirilən tenderlərin qalibi seçilməsi ilə əsaslandırılır. Bundan başqa, mediada gedən məlumatralara görə, bəzi hallarda AAYDA yol çəkilişlərində ATF-ə məxsus texnikadan yararlanır. Baxmayaraq ki, şirkətin maddi-texniki bazasının hansı səviyyədə olması bəlli deyil. Ehtimal olunur ki, əslində həmin texnikalar Saleh Məmmədova yaxın iş adamlarına, yaxud da şirkətlərə məxsusdur. Sadəcə layihələrdə ATF-in adına rəsmiləşdirilir.
Bəlli olan odur ki, bu şirkət demək olar ki, əksər rayonlarda yol təmirləri ilə məşğuldur. Hər halda dövlət satınalmalarının vahid elektron portalı üzərindən apardığımız araşdırma belə deməyə əsas verir.
Seyid
Qarşı tərəfin mövqeyini tanıyırq.























































