Xəbər Lenti
11-04-2025, 20:31
Suraxanı rayon İcra Şöbəsi “SABAH” Construction şirkəti barədə qanuni qüvəssini almış QƏTNAMƏNİ hansı səbəbdən icra etmir?
11-04-2025, 09:24
Sosial şəbəkələrdə fala baxmaq adı altında dələduzluqda şübhəli bilinənlər saxlanıldı
10-04-2025, 15:35
Ketrinq xidməti göstərirdi, indi isə... - Mahir Abbaszadənin 1,8 milyonluq tender verdiyi şirkət kimindir?
ABŞ hərbçiləri Avropada qalmalıdır: General Rusiya təhlükəsini izah etdi
ABŞ quru qoşunlarının baş komandanı, general Kristofer Kavoli bildirib ki, Avropada amerikalı hərbçilərin hazırkı hərbi mövcudluğunu dəyişmədən saxlamaq zəruridir. O, bu sözləri Pentaqonun Şərqi Avropadan 10 min hərbçini çıxarmaq imkanını nəzərdən keçirməsi ilə bağlı məlumatlardan sonra deyib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Sky News" yazır.
ABŞ prezidenti Donald Trampın Vladimir Putini Ukraynada atəşkəsə razı salmağa çalışdığı bir vaxtda Rumıniya və Polşadakı Amerika hərbi kontingentinin azaldılması ilə bağlı danışıqlar aparılır.
"Biz Avropa ərazisində qüvvələri tez-tez yerini dəyişirik — Hərbi Hava Qüvvələrimiz daim hərəkətdədir, dəniz qüvvələri, hətta quru qoşunları da yer dəyişir. Lakin əsas dislokasiya yerlərimiz elə indiki məkanlardır və mən onları məhz orada saxlamağı planlaşdırıram”, – deyə NATO-nun Avropadakı qüvvələrinin Ali Baş Komandanı vurğulayıb.
Kavoli həmçinin Polşa və Litvanı öz ərazilərində yerləşdirilmiş amerikalı hərbçilərə dəstəyə və yatırımlara görə ayrıca tərifləyib.
Amerika qoşunlarının Avropadan çıxarılmasının mümkün nəticələri
ABŞ generalı əlavə edib ki, Avropadakı amerikalı hərbçilərin sayının azaldılması düşmənin hərəkətlərinə cavab verilməsi üçün lazım olan müddəti artıracaq.
Onun sözlərinə görə, bu, hansı qüvvələrin çıxarılacağından və Rusiyaya qarşı hansı tədbirlərin görülməli olacağından asılı olacaq. "Lakin aydındır ki, qüvvələrin Atlantik okeanı boyunca daşınması əlavə vaxt və logistika çətinlikləri yaradır”, – deyə o bildirib.
O, açıq şəkildə bəyan edib ki, bu, ABŞ-ın Rusiya tərəfindən Şərqi Avropadakı müttəfiqlərə qarşı mümkün hücumuna cavabını gecikdirəcək.
Rusiyanın yaratdığı təhlükələr
Rusiyadan qaynaqlanan potensial təhlükələrdən danışan general onların nüvə arsenalını ən böyük təhdid kimi qeyd edib və kiberhücum təhlükələrini də vurğulayıb.
"Ola biləcək ənənəvi (qeyri-nüvə) qarşıdurmalarda onların strateji üstünlüyü NATO qüvvələrinin yaxınlığında cəmləyə biləcəkləri canlı qüvvədir. Bu isə bizim üçün vaxtında reaksiya verməkdə çətinlik yaradır. Məhz buna görə ABŞ-ın Avropa qitəsində adi (qeyri-nüvə) çəkindirici qüvvələrinin olması zəruridir”, – deyə Kavoli qeyd edib.
ABŞ silahlarına sifarişlər
Onun sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamasından bəri ABŞ silah və hərbi texnikasına olan sifarişlər 600% artıb və ümumilikdə 265 milyard dollar dəyərində 4000 sifariş daxil olub.
"Müttəfiq qüvvələrin komandanı kimi mən bu prosesləri dəstəkləyirəm. İmkan və potensialı əldə etdiyimiz qədər sürətlə artırmaq istəyirəm”, – deyə o bildirib. O vurğulayıb ki, Amerika texnikasının alınması alyans çərçivəsində operativ uyğunluğu təmin etməyin ən sadə yoludur.
General Kavolinin digər açıqlamaları
UNİAN-ın məlumatına görə, Rusiya yaxın vaxtlarda ABŞ və Avropanın birlikdə istehsal edə biləcəyindən üç dəfə çox artilleriya mərmisi istehsal edəcək. Kavolinin sözlərinə görə, Vaşinqton gözləyir ki, Rusiya hər ay təxminən 250 min artilleriya mərmisi istehsal edəcək.
Bundan əlavə, NATO generalı Ukraynanın müharibədə qələbə şansını da dəyərləndirib. O bildirib ki, bu müharibədə "qaçılmaz heç nə yoxdur”. Ukraynalılar məğlub olmağa məhkum deyillər, "çünki onlar güclü müdafiə mövqelərindədirlər və öz qüvvə yaradıcı imkanlarını tədricən artırır, həmin mövqeləri möhkəmləndirirlər”.
Alpər