Xəbər Lenti
Dünən, 18:01
"Həkim kimi danışır, amma deyil" - Sosial şəbəkələrdə möcüzə kimi yayılan reseptlər - VİDEO
Dünən, 17:14
Bu gün narkomaniya ilə mübarizdə vətəndaşlar fəallıq göstərməlidir – QHT sədri Müğam Əliyev
Dünən, 16:52
Daşkənd Dövlət Tibb Universitetinin nümayəndə heyəti ilə ATU-da rektorun görüşü keçirilib
Dünən, 15:59
Qəlblərə nur saçan həkim – Uzman doktor, psixiatr Zaur Qasımovun insanlıq və peşəkarlıq portreti
19-05-2026, 12:51
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev Albaniyanın Himara şəhər bələdiyyyəsinin sədri Vangel Tavo ilə görüşüb.
19-05-2026, 12:37
Avroviziyada buna görə sonuncu olduq — YYSİB sədri, ictimai və mədəniyyət xadimi, yazıci-kulturoloq Aydın Xan Əbilovdan sərt tənqid
18-05-2026, 21:46
ATU-da magistratura səviyyəsinə yeni və aktual ixtisaslaşmalar üzrə qəbul yerləri elan olunub
18-05-2026, 15:12
Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin növbəti regional iclası keçirilib
17-05-2026, 14:11
İgid özü üçün doğulur, Vətən üçün ölür — Milli Qəhrəman Şahlar Şükürovun əbədiyaşar xatirəsinə...
İranla ABŞ nüvə məsələsində birbaşa danışıqlara keçir (ŞƏRH)
"Mümkündür ki, İranla ABŞ danışıqlarla bağlı hansısa formada razılığa gəliblər. Digər tərəfdən, Vaşinqtonla Tehranın nüvə məsələsində razılığa gəlmələri üçün münbit şərait mövcuddur”.
Qaynarinfo-ya açıqlamasında bunu siyasi şərhçi Kənan Rövşənoğlu ABŞ-la İran arasında şənbə günü baş tutması gözlənilən görüşü şərh edərkən deyib:
"İran rəhbərliyi ABŞ-la danışıqlara əslində qadağa qoymamışdı. Daha əvvəl İranın dini lideri dedi ki, onlar danışıqlara qarşı deyillər, amma İran özünə hörmət tələb edir. Yəni şərtlərinin qəbul edilməsini və öhdəliyə əməl edilməsini istəyir. Ancaq Trampın sonuncu məktubundan sonra İran tərəfi elan etdi ki, İran birbaşa deyil, dolayısı, yəni vasitəcilərlə danışıqlara razıdır. Halbuki hələ fevralda xarici işlər naziri Əraqçi demişdi ki, onlar artıq ilin əvvəlindən Amerika təmsilçilərilə Omanda vasitəli danışıqlar aparırlar. Tramp isə birbaşa danışıqlar olacağını deyir. Danışıqların birbaşa, yaxud vasitəçilər vasitəsilə olub-olmadığını ən yaxşı halda şənbə günü biləcəyik. Mümkündür ki, iki ölkə hansısa formada razılığa gəliblər”.

Həmsöhbətimiz düşünür ki, danışıqların vasitəçilərlə və ya birbaşa aparılması artıq necə deyərlər, detaldır, əsas məsələ iki ölkənin danışıqlar masasına əyləşməsidir. K. Röşvənoğluna görə, münbit şərait danışıqlar nəticəsində tərəflərin razılığa gəlməsini diktə edir:
"Düşünürəm ki, nüvə danışıqları və bunun nəticəsində sazişin əldə olunması ehtimalı var. Əlbəttə, qarşıdakı dövrdə hansısa problem ortaya çıxmasa. Saziş hər iki ölkəyə lazımdır və faydalıdır. Ən əsası hazırda bunun üçün münbit şərait var”.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı ABŞ və İranın nüvə problemilə bağlı birbaşa danışıqlar apardığını bildirib:
"Vaşinqton və Tehran şənbə günü "demək olar ki, sammit səviyyəsində" görüşəcək”.
Amerika lideri qeyd edib ki, Birləşmiş Ştatlar İranın nüvə inkişafı məsələsini danışıqlar yolu ilə həll etməyə üstünlük verəcək, bu da Tehranın maraqlarına cavab verir.
Xatırladaq ki, Vaşinqtonun danışqlar təklifinə rəsmi Tehran birbaşa danışıqlara getməyəcəyini bəyan etmişdi. İran yalnız vasitəçi danışıalara razı idi. Amma ABŞ Prezidentinin açıqlaması belə düşünməyə əsas verir ki, İran bu məsələdə geri addım atmalı olub və Trampın hədələri fonunda birbaşa danışıqlara məcbur edilib.
Rüfət Sultan























































