Menu
Xəbər Lenti
Jestləri ilə gündəm oldu
18-11-2026, 12:04

Jestləri ilə gündəm oldu

8 aylıq hamilə qadın öldü
17-11-2026, 12:09

8 aylıq hamilə qadın öldü

05 Aprel 2025 12:20Manşet / Kriminal

56 yaşlı kişi bıçaqlandı - Qardaşı oğlu saxlanıldı

 

Ağdaşda bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Birinci Aral kəndində qeydə alınıb.

İlkin məlumata görə, 23 yaşlı Rəhim Kərimov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı əmisi-56 yaşlı Nəriman Kərimova yaşadığı evdə kəsici alətlə xəsarət yetirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Müvafiq ekspertiza təyin olunub və araşdırma aparılır.