Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
İNSAN HÜQUQLARINA SƏDAQƏT, ƏDALƏTƏ XİDMƏT VƏ ETİMADIN TƏNTƏNƏSİ — İSMAYIL ZALOVUN RƏHBƏRLİYİ İLƏ QARİK SANDLERİN AİLƏSİNİN HÜQUQLARININ MÜDAFİƏSİ
18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Taleh Məmmədov: 18 Oktyabr – Azadlıqdan qüdrətə, müstəqillikdən böyük gələcəyə doğru
Vətən müharibəsi iştirakçısı Rəsul Həsənov: Müstəqillik Azərbaycanın Ən Böyük Sərvətidir: 18 Oktyabrın Tarixi və Mənəvi Əhəmiyyəti
İqrar Həsənov: 18 Oktyabr – Azərbaycan dövlətçiliyinin yenidən doğuluşu və azadlıq salnaməmizin şanlı səhifəsi
Xeyriyyəçi sahibkar xanım Zərniyar Kərimova: 18 Oktyabr – Müstəqil Azərbaycanın tarixi qələbələrinin və milli iradəsinin simvolu
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov: 18 Oktyabr – Azərbaycan xalqının azadlıq iradəsinin və dövlətçilik əzminin tarixi təntənəsi
Qax RİH-nin başçısı Elvin Paşayev: 18 Oktyabr – Müstəqilliyimizin bərpası, milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsi
Nigar Məmmədova: "Azərbaycanın sülhlə bağlı ədalətli mövqeyi Almaniya tərəfindən də qəbul olunur"
"Almaniya prezidentinin Azərbaycana səfəri bir çox maraqlı məqamlarla yadda qaldı. İlk növbədə məlum oldu ki, rəsmi Berlin Bakı ilə siyasi və iqtisadi dialoqun inkişaf etdirilməsində maraqlıdır".
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib.

Onun sözlərinə görə, Almaniya həm də regionda dayanıqlı sülhün təmin olunması ilə bağlı Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləyir:
"Doğrudur, Ştaynmayerin səfəri öncəsi tarixin arxivinə qovuşan Qarabağdakı qondarma rejimlə bağlı böyük narazılıq yaradan siyasi səhvi, eyni zamanda Almaniya televiziyasında qəzərli və təhrif olunmuş filmin təqdim olunması Berlinin sülhlə bağlı mövqeyində müəyyən tərəddüdlər yaratdı, amma Almaniya dövlət başçısı bu narazılıqlar fonunda Bakıda həm özünün, həm də ölkəsinin Qarabağı Azərbaycanın ərazisi kimi tanıdığını rəsmən elan və etiraf etdi. Rəsmi Berlin bu etirafla Azərbaycanla diktə dilində danışmağın mümkün olmadığını anlamış oldu".
"Görüşdə Azərbaycan Prezidentinin "Dağlıq Qarabağ" adlı respublika yoxdur, bu, ancaq Ermənistanın xülyalarında mövcud olub. Azərbaycanın Qarabağ bölgəsi mövcuddur" mesajı həm Ermənistana, həm Almaniyaya, həm də bu məsələdə qərəzli mövqedə olan bütün qüvvələrə ünvanlanmışdı. Dövlət başçımız həmçinin sülhün şərtlərini bir daha bəyan etdi. Rəsmi Bakının mövqeyi dəyişməyib və bizim şərtlərimiz Ermənistan üçün bəllidir, yenilik deyil. Söhbət ATƏT-in Minsk qrupunun ləğvindən və Azərbaycana qarşı ərazi iddiasının əks olunduğu Ermənistanın konstitusiyasında dəyişikliyin edilməsindən gedir. Cənab Prezident haqlı olaraq bəyan etdi ki, "əgər biz müqaviləni imzalamaq istəməsəydik, elə qeyri-real bir şərt qoyardıq ki, Ermənistan onu qəbul etməzdi". Bu mənada rəsmi Bakının mövqeyilə bağlı qaranlıq məqam yoxdur. Ştaynmayerin bəyanatlarından aydın oldu ki, Azərbaycanın sülhlə bağlı ədalətli mövqeyi Almaniya tərəfindən də qəbul olunur. Amma özünü Cənubi Qafqazda dayanıqlı sülh və təhlükəsizliyə nail olmağın tərəfdarı kimi təqdim edən Almaniya Ermənistana təsir imkanlarını nəzərdən keçirsə, daha məqsədəuyğun olar. Çünki Ermənistanın davranışları sülhə məcburetməni qaçılmaz edir. Fransanın timsalında öldürücü silahların verilməsi təbii ki, Ermənistanın sülh yox, müharibə haqqında düşünməsinə rəvac verir. Hesab edirəm ki, Berlin Parisin səhvlərini təkrarlamamalıdır", - deyə deputat fikrini yekunlaşdırıb.
Mərahim Nəsib





















































