Strasburqda Azərbaycanın hüquqi səsi — İsmayıl Zalov beynəlxalq platformada yüksək qiymətləndirildi
"Həkim kimi danışır, amma deyil" - Sosial şəbəkələrdə möcüzə kimi yayılan reseptlər - VİDEO
Bu gün narkomaniya ilə mübarizdə vətəndaşlar fəallıq göstərməlidir – QHT sədri Müğam Əliyev
Daşkənd Dövlət Tibb Universitetinin nümayəndə heyəti ilə ATU-da rektorun görüşü keçirilib
Qəlblərə nur saçan həkim – Uzman doktor, psixiatr Zaur Qasımovun insanlıq və peşəkarlıq portreti
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev Albaniyanın Himara şəhər bələdiyyyəsinin sədri Vangel Tavo ilə görüşüb.
Avroviziyada buna görə sonuncu olduq — YYSİB sədri, ictimai və mədəniyyət xadimi, yazıci-kulturoloq Aydın Xan Əbilovdan sərt tənqid
ATU-da magistratura səviyyəsinə yeni və aktual ixtisaslaşmalar üzrə qəbul yerləri elan olunub
Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin növbəti regional iclası keçirilib
2600 manat birdəfəlik müavinət kimlərə ödəniləcək?
“Azərbaycan Prezidentinin imzaladığı Fərmanla valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə ümumi təhsil, peşə təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrini bitirdikləri zaman 2600 manat birdəfəlik müavinət ödəniləcək”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşım edib.
Deputat qeyd edib ki, yeni qaydalara əsasən, həmin vətəndaşlar təhsil pillərini başa vuran zaman dövlət büdcəsindən maliyyə dəstəyi əldə edəcəklər:
“Əvvəllər həmin şəxslər mövsümi paltar və ayaqqabı, habelə ölkə üzrə orta əməkhaqqının 2 mislindən az olmamaqla birdəfəlik pul vəsaiti ilə təmin olunurdular. Son Fərmanla müavinət məbləğində artımlar həyata keçirilməklə yanaşı, vəsait də dəqiqləşdirilir.
Digər müavinətlərdə olduğu kimi, bu müavinət almaq hüququ yarandıqdan sonra yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə” müraciət edilə bilər.
Müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnaməsinin surəti, valideynlərin ölüm haqqında şəhadətnaməsi və yaxud bu barədə Ədliyyə Nazirliyinin arayışı, yaxud hər iki valideynin məlum olmaması barədə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanının arayışı, təhsil pilləsini bitirməsinin təsdiqi və digər müvafiq sənədlər tələb edilir”.
V.Bayramovun sözlərinə görə, bu müavinətin ödənilməsində məqsəd valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan şəxslərin sosial təminatını daha da gücləndirməkdir.























































