Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Rusiyanın müvəqqəti işlər vəkili XİN-ə ÇAĞIRILDI
Rusiyada OMON-çuların işgəncə verdiyi azərbaycanlı: "Ukrayna müharibəsinə göndərmək istəyirdilər"
XİN: İranın səfirinin Qərbi Azərbaycan İcması ilə bağlı təhrifəri təəccüb və qəzəb doğurur
Şəhid Kəşfiyyatçı Məsimov Əkbər Yunis oğlu – “Qəhrəman, igid, cəsur şəhidimiz. Ailəsinin qüruru, xalqın fəxri”
Xronika: "Paşinyanın İstanbul səfərinin pərdəarxası – Ermənistan "Turan"a qoşulur"
İş adamı Cəbrayıl Cəbrayılov: “26 İyun – Müstəqil Azərbaycanın Güvənc Yeri. Silahlı Qüvvələr Günü”
Bakı şəhəri 14 nömrəli tam orta məktəbin direktoru Rəfail Hüseynov: “26 İyun – Azərbaycan Ordusunun Şərəf və Qürur Günüdür”
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova: “26 İyun – Silahlı Qüvvələr Günü. Güclü Ordu, Güclü Dövlətin Təminatıdır”
Bioloji Təbabət-İnteqrativ Sağlamlıq Mərkəzinin rəhbəri Elxan Yaqubov: “26 İyun – Silahlı Qüvvələr Günü: Dövlətimizin Qürur Günüdür”
Silahlı Qüvvələr Gününə həsr olunmuş “Hədəf 12” gənclər arasında atıcılıq turniri keçirilib.
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin mərhum sədri, hüquq müdafiəçisi Elşad Həmidovun əziz xatirəsinə: Hüquq müdafiəçisindən Vətən fədaisinə uzanan bir ömür
"Azərbaycan Muay Tay-Tayboks Federasiyasına qarşı qanunsuz ilhaq cəhdi - Araz Müsayevdən sərt bəyanat"
Kikboksinq kimdi ki, müraciət edir digər ictimai birliyi ələ keçirdir ? Fikirinizi bildirin ?
Kütləbi informasiya vasitələrinə
Azərbaycan Muay Tay-Tayboks Federasiyasına qarşı başladılmış, ələkeçirmə prosesi, indidə mənə qarşı qarayaxma kompaniyası ilə davam etməkdədir. Duyduklarımın sübutu kimi, sözügedən 16.12.2024-cü il tarixli Qərarı misal göstərə bilərəm...
Qərarda qeyd edilmişdir ki, “Kikboksinq federasiyasının müraciətini nəzərə alıb, muay tay idman növü və fənlərinin, kikboksinqin fəaliyyət istiqamətinə əlavə edilməklə yayılan idman növləri kimi tanınsın” ( Qərar əlavə edilir).
Kikboksinqin fəxri prezidenti Adil Əliyev isə ( əslində federasiyanın faktiki sahibi), bu Qərardan subyektiv maraqları üçün istifadə etməklə, ayrı bir ictimai birlik olan və Ədliyyə Nazirliyində rəsmi qeydiyyatı olan Muay Tay-Tayboks Federesiyasını ilhaq etmək istəyir və bu yöndə əməli işlər görməkdədir ( reyestir əlavə edilir)...
Tərəfimizdən, prezidenti olduğum federasiyanın içərilərində olan və Adil Əliyevə “işləyən” ünsürlər aşkarlanaraq məhkəməyə verilmiş ( Yasamal məhkəməsi) və mənimsəmə faktları barədə İnzibatı orqanlara da məlumat ötürülmüşdür...
Eləcədə, sözügedən, Qərar da tərəfimizdən, Bakı İnzibatı Məhkəməsində mübahisələndirilir və hər iki məhkəmə prosesi açıq keçirildiyindən, işıqlandırmaq üçün mətbuatı da dəvətli edirəm...
Qaldı ki, dünəndən bəzi mətbu. orqanlarında, Kikboksinq federasiyası adından gedən yazılara, birmənalı olaraq bildirirəm ki, tərəf, yəni A.Əliyev məni, uzun illər sıralarında olduğum və əksər naliyyətlərimi qazandığım, üzvlərinin çoxunu dost və qardaş bildiyim Kikboksinq Federasiyası ilə üz-üzə qoymaq və diqqəti əsl məsələdən yayındırmaq kimi məqsəd güdür...
Mənim nailiyyətlərimin sübütünü, Kikboksinq Federasiyasının bütün veteran idmançılarından sorüşün və digər dar macalda adını
Əlbətdə ki, mən qazandığım qələbələrin diplomlarını və medalları təqdim edəcəm, lakin bir məsələnidə qeyd edim ki, 2000-ci illərdə bu naliyyətlərimin əhəmiyyətli bir hissəsini, biz Kikboksinq federasiyası adından qazananda, məlum federasiyanın prezidenti elə Adil Əliyevin özü idi və qələbələrimizin rəsmi təqdimatını da dövlət orqanlarına elə sonuncu, özü rəsmi mətkubla göndərirdi...
Paradoksdur, elədeyilmi? Əgər mənim idman titullarım saxtadırsa, onda Adil Əliyevin Dövlət orqanlarına göndərdiyi rəsmi təqdimat məktublarıda saxta olmalıdır ki, bununda müqabilində mənə ən yüksək idman dərəcələri və mükafatlar verilmişdir...
Mən İdman Nazirliyi tərəfindən,əməkdar idman ustası,cenab prezident terefindən mənzil və fəxri fermanlara layiq görülmüşəm ki, bu dərəcə, ancaq çempion idmançıların təkrar qələbələrindən sonra verilir....
Və nəhayət mən öz adımın və rəhbərlik etdiyim Federasiyanın təmiz reputasiyası üçün və qazandığım bütün naliyyətlərin sübutunu, yaxın günlərdə keçirəcəyim press-konferensiyada ortaya qoyacam, lakin, qoy Adil Əliyevdə özündə cəsarət tapıb etiraf etsin ki, mənim prezidenti olduğun Azərbaycan Muay Tay-Tayboks Federasiyasının, “onun olduğu”, “onun olacağı”, “mən heç bir ictimai birlik tanımıram”, “muaytay mənimdir” kimi dediyi sözləri etiraf etsin...
Yox əgər bacarmasa, mən, onunda dediyi bu sözləri sübut etməyə hazıram...
Adil Əliyev, mənim də iştirak etdiyim görüşdə, daha 5 nəfər şəxsin yanında bu sözləri mənə uca səslə, demiş və əlbətdəki cavabını da almışdır və bu danışıqların 18 dəqiqəlik audio yazısı məndədir və şəxsiyyətlərinə hörmət etdiyim bəzilərinə xatir hələ ki, gözləyirəm...
Və əmin edirəm ki, mən bir vaxtlar sıralarında döyüşdüyüm və qələbələr qazandığım Kikboksinq federasiyasını özümə və rəhbərlik etdiyim federasiyaya dost bilirəm və bəziləri, federasiya arxasında gizlənməklə bizləri qarşı-qarşıya qoya bilməyəcək...
Hörmətlə, Azərbaycan Muay Tay-Tayboks Federasiyasının prezidenti, 9 qat dünya və avropa çempiyonu, dövlət mükafatçısı Araz Müsayev 18.03.2025-ci il.
gundelikxeber.az