VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
Oqtay Mustafayev – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və xeyirxahlıq nümunəsi
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
Seçkidə uduzduqdan sonra pasportları əlindən alındı - Ölkədən çıxışı qadağan edildi
Lənkəran ŞİH başçısı şəhid Elməddin Məmmədli və Ramid Əliyevin məzarını ziyarət edib
26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
"XOCALIYA ƏDALƏT" adlı kikboksinq yarışı keçirilib
“DAYAQ” Vətən Müharibəsi və Şəhid Ailələrinə Dəstək Təşkilatı, Azərbaycan Respublikası Kikboksing Federasiyası, "XOCALI" idman klubu, "Modern İnkişaf və Ailə" İctimai Birliyi və "Konar İnşaat"ın birgə təşkilatçılığı ilə "XOCALIYA ƏDALƏT" adlı kikboksinq yarışı keçirilib.
Sportlife.az xəbər verir ki, yarışla bağlı "DAYAQ" Təşkilatının sədri Qalib Əliyev və "XOCALI" idman klubunun prezidenti Ehram Məcidov "XOCALIYA ƏDALƏT" adlı idman yarışı ilə bağlı mətbuata açıqlamalarında bildiriblər ki, 600 idmançının qatıldığı bu yarışı təşkil etməkdə əsas məqsəd Prezident İlham Əliyevin xüsusi diqqət yetirdiyi idman hərəkatına ictimai-siyasi dəstək verməkdir.
"DAYAQ" Təşkilatının rəhbəri deyib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanımın dünyada apardığı "Xocalıya Ədalət" kompaniyası çərçivəsində Xocalı faciəsini faktların dili ilə Beynəlxalq ictimaiyyətə çatırılması vətəndaş cəmiyyəti tərəfindən də təqdir edilir. Bu baxımdan milli vətənpərvər əhəmiyyətli məsələrdə birgə səylərin olması Dövlət başçısı, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin beynəlxalq siyasət kursuna vətəndaş cəmiyyətlərinin də öz töhfələrini vermələrini aktullaşdırır.
"XOCALI" idman klubunun prezidenti Ehram Məcidov bildirdi ki, gənc vətənpərvər idmançılar Prezident cənab İlham Əliyevin müsəllah əsgərləri olaraq istənilən vaxt torpaqlarımızın müdafiəsində fədakarlıq göstərməyə hazırdırlar. Onların hər biri beynəlxalq arenalarda Xocalıya ədalət kompaniyasına qoşularaq vətənpərvər əzimdə olmalıdırlar.
Həmçinin qeyd olunub ki, bu ictimai-siyasi, milli vətənpərvər təşəbbüsdə böyüməkdə olan yeni nəslinin və gənc idmançıların fəallıq göstərmələri olduqca vacibdir.
Erməni vandalları tərəfindən törədilmiş Xocalı qətliamının dünya ictimaiyyətinə çatdırılması işinə hər bir Azərbaycan vətəndaşının öz töhfəsini verməli olduğu vurğulanıb.
Yarışı millət vəkilləri Aydın Mirzəzadə və Vüqar İsgəndərov, şəhid ailələri və qazilər, eləcə də mətbuat nümayəndələri və digər şəxslər izləyiblər.


































































