İsmayıl Zalovun Ankara Ədalət Sarayına rəsmi işgüzar səfəri – vətəndaş hüquqlarının müdafiəsi istiqamətində mühüm fəaliyyət
Azərbaycan–Almaniya arsında strateji dialoq və münasibətlərin yeni siyasi platforması
Prezident həmkarının ad gününü təbrik etdi Prezident həmkarının ad gününü təbrik etdi
Azərbaycan Respublikasında kənd təsərrüfatının, o cümlədən arıçılığın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
Masallıda 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış üç qəhrəmanın doğum günü ehtiramla qeyd olundu.
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir
Xətai rayon İcra Hakimiyyətində 22 İyul – Azərbaycan Milli Mətbuatı və Jurnalistika Günü münasibətilə tədbir keçirilib.
Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı 22 İyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirib.
Hikmət Məmmədov – xeyriyyəçiliyi, vətənpərvərliyi və işgüzarlığı ilə seçilən nüfuzlu şəxsiyyət
İbrahim Cəfərov – Azərbaycan aqrar elminin inkişafına töhfə verən alim və təşkilatçı
“Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Ağsu gəncləri üçün yeni imkanlar yaradıb
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın illik görüşündə iştirak edib
Jalə Ağakişi: Milli mətbuatın inkişafı dövlətçiliyimizin və milli düşüncəmizin ayrılmaz tərkib hissəsidir
Çuxura düşən sürücü məhkəməni uddu - Dövlət qurumu pul ödəyəcək
Şabranda yolun yararsız vəziyyətdə olmağına görə qəza şəraitinə düşən avtobloqer dövlət qurumunu məhkəməyə verib.
“Qafqazinfo” xəbər verir ki, həm də radioaparıcı olan Elgün Xıdırov məhkəmədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə qalib gəlib.
Hadisə təxminən 1 il əvvəl sürücü Xaçmaza gedərkən qeydə alınıb: “Avtomobilimin təkəri M1 yolunun 119-cu km-də, Şabran rayonu ərazisində çuxura düşərək partladı. Gecə vaxtı, soyuq, çiskinli hava və işıqlandırılmayan, bərbad magistral yol. Sürəti 90 olan bir avtomobilin qabaq təkərinin partlaması çox təhlükəli vəziyyətdir. Bu halda avtomobili maksimum düz saxlamağa çalışmaq, qəfil əyləc vermədən ətalətlə, daha sonra yumşaq əyləclə sürəti azaldıb yol çiynində, təhlükəsiz yerdə saxlamaq lazımdır.
İlk işim “102” qaynar xəttinə qəza ilə bağlı məlumat vermək oldu. Maraqlıdır ki, növbətçi hissə və yol polisi də xəsarətin olmadığı və ikinci avtomobilin iştirak etmədiyi bir qəzanın fiksə olunması istəyimə təəccüblənsə də, mən israrla qəza faktını qeydə aldırdım. Daha sonra təkəri dəyişməklə məşğul oldum. Təkəri dəyişib yaxınlıqdakı YDM-ə getdim. Orada dedilər ki, məndən əvvəl 2 maşın da həmin yerə düşüb və təkəri partlayıb.
.jpg)
Maşınlardan biri hələ də “domkrat”ı olmadığı üçün orada qalmışdı. Kömək elədim, onun da təkərini dəyişdik. Sabahı gün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə zəng vurub yolun vəziyyəti və təcili düzəlməli olduğunu dedim. Bu qurumun, xüsusən də Magistral yollar idarəsinin məsuliyyətsizliyi üzündən hər gün çoxsaylı sürücüyə maddi ziyanlar dəyir. İnsanların həyatını itirdiyi bir çox qəzalarda isə biz ancaq bunu eşidirik - sürücü idarəetməni itirdi. Niyə, hansı səbəbdən itirdiyi isə hesab edirəm ki, lazımı səviyyədə araşdırılmır”.
Avtobloqerin sözlərinə görə, yol polisi izahatını aldıqdan və qəzanın sxemini tərtib etdikdən sonra avtomobilinə dəymiş zərəri müəyyənləşdirmək üçün servisə gedib: “Məlum oldu ki, təkərlə yanaşı stabilizator və təkər topunun (“stupitsa”) diyircəkli yastığı (“podşipnik”) sıradan çıxıb. Mənə dəymiş zərəri məktub yazaraq AAYDA-dan istəsəm də, uzun müddət heç bir reaksiya olmadı”.
Bundan sonra sürücü sənədləri hazırlayıb Binəqədi Rayon Məhkəməsinə müraciət etmək qərarına gəlib: “Məhkəmələrin gedişatında Agentliyin cavabdeh nümayəndəsi ekspertiza tələb edərək servisin müyyənləşdirdiyi məbləği bir qədər azlatsa da, bu, ümumi məzmuna ciddi təsir göstərmədi və daha çox prosesi uzatmaq təəssüratı yaratdı”.
E.Xıdırov qeyd edib ki, qurum tərəfindən ona 933 manat təzminat ödəniləcək.
Vətəndaşın sözlərinə görə, birinci instansiya məhkəməsinin onun xeyrinə qəbul etdiyi qərarla razılaşmayan AAYDA apellyasiya şikayəti verib, amma Agentliyin şikayəti təmin edilməyib. Binəqədi Rayon Məhkəməsi qətnaməni dəyişdirilmədən saxlayıb.






























































