Xəbər Lenti
18-08-2026, 19:08
Beynəlxalq hüquq müdafiəçisi İsmayıl Zalovun Qazaxıstan Respublikasının Astana şəhərində növbəti hüquqi uğuru — ədalətin və insan hüquqlarının təntənəsi
18-08-2026, 13:49
“Rusiyanın informasiya məkanında Azərbaycana qarşı təhqiramiz fikirlər yolverilməzdir”
17-08-2026, 19:49
Qurtuluş-93 Yaşayış Kompleksində məsuliyyət və idarəçilik nümunəsi – Şahlar müəllim
15-08-2026, 19:24
Pərvaz Kişiyev məsələsində suallar artır: LOR fəaliyyəti ilə bağlı rəsmi cavab niyə yoxdur?
Əhalinin nəzərinə: Bakıda gələn aydan böyük söküntü başlayır
Növbəti aydan etibarən ''Sovetski'' adlanan ərazidə söküntünün 4-cü mərhələsinin başlanacağı ehtimal edilir.
Qaynarinfo Xəzər TV-yə istinadən məlumat verir ki, əmlak eksperti Elnur Fərzəliyevin sözlərinə görə, hazırda Bakıda söküntü işləri əsasən iki formada aparılır. Bunlardan biri torpaqların dövlət ehtiyacları üçün alınması, digəri isə özəl sektor tərəfindən qəzalı vəziyyətdə olan tikililərin sökülərək yeniləri ilə əvəzlənməsidir.
Ekspertin sözlərinə görə, qaydalara əsasən, vətəndaşlara evləri söküldükdən sonra yeni tikilən binada mənzillərlə təmin olunana qədər kirayə pulları və köç xərcləri tikinti şirkəti tərəfindən ödənilməlidir. O həmçinin əlavə edib ki, baş verəcək söküntü işləri bazara təsirsiz ötüşməyəcək.
Qeyd edək ki, söküntü işləri çərçivəsində tarixi-memarlıq abidələrinə toxunulmayacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:























































