İSMAYIL ZALOV: “İNSAN HÜQUQLARINA HÖRMƏT EDƏK, QANUNLARI POZMAYAQ, AZADLIĞIMIZIN QƏDRİNİ BİLƏK”
İSMAYIL ZALOV: “TÜRKİYƏ VƏ AZƏRBAYCAN — HÜQUQUN ALİLİYİNƏ, İNSAN HÜQUQLARINA VƏ ƏDALƏT PRİNSİPLƏRİNƏ SADIQ İKİ QARDAŞ DÖVLƏT”
Beynəlxalq Hüquq Müdafiəçisi İsmayıl Zalov Ankara Ədalət Məhkəməsində mühüm hüquqi uğura imza atdı – Türk dövlətlərinin vətəndaşı Əhməd azadlığına qovuşdu
31 ilin həsrəti sona çatdı – Şəhid Mais Mirzəcanov adına Yuxarı Nüvədi məktəbinin 1995-ci il məzunlarının unudulmaz görüşü
Vətənpərvərliyi və xeyirxahlığı ilə seçilən iş adamı, cənub elinin fəxri – Vüqar Məmmədov
Gədəbəydə qar uçqununa düşən hərbi qulluqçuların nəşi tapıldı
Qar uçqununa düşən hərbi qulluqçuların nəşi tapılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Müdafiə Nazirliyini və Fövqəladə Hallar Nazirliyinin yaydığı birgə məlumatda bildirilib.
Qeyd olunub ki, Gədəbəy rayonu ərazisində yerləşən xidmət yerindən qayıdarkən dumanlı hava şəraitində qar uçqununa düşən Azərbaycan Ordusunun hərbi qulluqçuları əsgər İmanov Əli Tariyel oğlunun və əsgər Həmidov Ruslan Rüstəm oğlunun nəşləri aşkar edilib.
Qeyd edək ki, qar uçqununa düşən hərbi qulluqçularımızın tapılması məqsədilə hava şəraitinin əlverişsiz olmasına baxmayaraq yüksək dağlıq və çətin relyefli ərazidə Azərbaycan Ordusunun müvafiq bölmələrinin, Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin podratçı şirkətinin xüsusi texnikaları, qüvvə və vasitələri birgə axtarış-xilasetmə tədbirlərinə cəlb edilib.























































