Pərvaz Kişiyev məsələsində suallar artır: LOR fəaliyyəti ilə bağlı rəsmi cavab niyə yoxdur?
İnsanın içindəki sonsuz məhkəmə: Hötenin "Faust"u və Hüseyn Cavidin "İblis"i - Adəm İsmayıl BAKUVİ
Şakir Qulamov – peşəkarlığı, humanist mövqeyi və səhiyyəyə verdiyi töhfələrlə seçilən həkim
Pərvaz Kişiyev məsələsində susqunluq davam edir: LOR həkimi kimi fəaliyyətinin hüquqi əsası niyə açıqlanmır?
Vətənpərvər iş adamı Əliyar Fərzəliyevə 64 yaş tamam olması münasibətilə təbrik...
Gənc media araşdırmaçısı və təşkilatçısı Asim Asif oğlu Abdullayev BTV Xəbərin baş redaktor müavini vəzifəsinə təyin edilib
“Bir” Azərbaycanda ilk süni intellekt əsaslı elektron pulqabı asistentini təqdim etdi
“İki il ərzində oğlumuzun sağ olduğuna ümidliydik...”
Məlum olduğu kimi, iki il əvvəl Laçında itkin düşən hərbi qulluqçular - Fərid Məmmədov və Firdovsi Abdullayevin meyitləri Kəlbəcərdə tapılıb.
Onlar yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək itkin düşüblər.
“Qafqazinfo” Modern.az-a istinadən xəbər verir ki, nəşi tapılan Firdovsi Abdullayevin atası Mais Abdullayev oğlunun cümə axşamı günü Gəncə şəhər Şəhidlər xiyabanında dəfn ediləcəyini bildirib.
O, iki il ərzində oğlunun sağ olduğuna ümidli olduqlarını deyib: “Ümumiyyətlə onun tapılıb bizə təhvil veriləcəyinə inanırdıq. Allah Prezidentimizin canını sağ eləsin! Qurumlara lazımi tapşırıqlarını verdi, nəticədə, uşağımızı tapıb bizə verdilər”.
M.Abdullayev oğlunun güləşçi olmaq istədiyini bildirib: “Mənim oğlum güləşçi idi. Medalları da var. Goranboyda da, Türkiyədə də güləşib. Daha sonra qaydasız döyüşlə məşğul olmağa başladı. Həmişə də deyirdi ki, istəyirəm güləşçi olum. Hərbi xidmətə gedəndən sonra isə zabit kimi qalmaq istəyirdi”.
Xatırladaq ki, məhkəmə-tibb və kriminalistik tədqiqatlarla hərbçilərimizin 3 mart 2022-ci ildə Laçın rayonunda yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin qəfil dəyişməsi və çovğun olmasından istiqaməti itirərək itkin düşdükləri müəyyən edilib. Onlar uzun müddət soyuq temperaturda qalmaqla donvurma səbəbindən həlak olublar.
Əsgərlərin nəşlərinin tapılması 5 avqust 2024-cü ildə Dövlət Komissiyasında keçirilmiş görüşdə itkin hərbçilərin ailələrinə elan edilib.























































