“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib
ATU rəhbərliyi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə Ulu Öndərin məzarını ziyarət edib
Azərbaycan-Ermənistan sərhədində delimitasiya üzrə işlər nə yerdədir? - Nazirdən AÇIQLAMA
Arzu Əliyeva ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib
Azərbaycan - Britaniya Peşəkarları Assosiasiyası ilə ATU arasında əməkdaşlıq genişlənir
İlham Əliyev Heydər Əliyevin ömür yolundakı vacib məqamları əks etdirən videoçarx paylaşıb
DYP Kürdəmir Postunun komandiri Ruslan İsayev: “Ulu Öndər Heydər Əliyev – Azərbaycan dövlətçiliyinin xilaskarı”
İş adamı Cəbrayıl Cəbrayılov: “Ümummilli Lider Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixində əbədi imzadır”
Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsinin inkişafı”
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov: “Ulu Öndər Heydər Əliyev və neft strategiyası”
YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov: “Heydər Əliyev – müasir Azərbaycan modeli və dövlətçilik strategiyasının müəllifi”
Taleh Məmmədov: “Heydər Əliyev və müasir Azərbaycan modeli dövlətçilik strategiyasının müəllifi”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının Terapiya Şöbəsinin müdiri Lamiyə Nəsibova: “Ulu Öndər Heydər Əliyev və tibb sahəsində uğurlar”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradova: “Ulu Öndər Heydər Əliyev - Azərbaycan səhiyyəsinə layiqli xidmətin nümunəsi”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Xəyalə İmanova: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsi”
Xətai rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı və atəşfəşanlıq təşkil olunub
Azərbaycan Tibb Universiteti Türkiyənin Yozqat Bozok Universiteti ilə əməkdaşlığa başlayır
İpək Yol MMC-nin rəhbəri Qəzənfər Niftəliyev: “Mən fəxr edirəm ki, Ulu Öndər Heydər Əliyevin dövrünün ziyalıları ilə çiyin-çiyinə çalışıram”
Xeyriyyəçi, vətənpərvər sahibkar xanım Zərniyar Kərimova: “Ulu Öndər və Azərbaycan qadını”
Tibb üzrə fəlsəfə doktoru Dilqəm Məhərrəmov beynəlxalq tibb konqresində məruzə ilə çıxış edib
“Sağlığında sahə həkiminin qəbuluna düşməyibsə, ölüm kağızı almaq olmur” - Rəsmi açıqlama
ABB-dən rekord göstərici - 200 milyon manat dividend ödəyəcək
Bu ilin 7 mayında ABB Səhmdarlarının Ümumi Yığıncağı keçiriləcək. Artıq bununla bağlı bildiriş yayılıb. Yığıncağın gündəliyindəki aktual məsələlərdən biri də səhmdarlara 2024-cü ilin mənfəətindən dividend ödənişi ilə bağlıdır. Bank ötən il uğurla həyata keçirilmiş səhm emissiyasından sonra bu il ilk dəfə olaraq kütləvi sayda, yəni 30 mindən çox səhmdarı ilə öz qazancını bölüşəcək.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov sualları cavablandırıb.
- Abbas müəllim, ABB 2024-cü ilin mənfəətindən səhmdarlarına nə qədər dividend ödəyəcək?
- Bu günlərdə beynəlxalq mühasibat standartlarına əsaslanan maliyyə hesabatımıza kənar auditor rəyi verildi. ABB maliyyə qrupu ili 360 milyon manat məbləğində xalis mənfəətlə başa vurub. Bu nəticələr səhmdarlarımıza hər il olduğu kimi yüksək dividend ödəməyimizə imkan yaradır. Bank menecmenti olaraq biz səhmdarlarımıza 200 milyon manat dividend ödənilməsini təklif etmişik. Yeddi ildir, səhmdarlarımıza ardıcıl şəkildə yüksək dividendlər ödəyirik. Bu il nəzərdə tutulan 200 milyon manatlıq məbləğ isə son yeddi ilin rekord dividend məbləğidir.
7 may tarixində, Səhmdarların Ümumi Yığıncağında bununla bağlı müsbət qərar qəbul edilərsə, ABB-nin hər bir səhminin illik gəlirlilik səviyyəsi nominal qiymətlə 15,6% olacaq. Bu il ilk dəfə olaraq gəlirlərimizi onminlərlə Azərbaycan vətəndaşı ilə bölüşmək komandamız üçün böyük qürurdur. ABB-nin sağlam, mənfəətli, dayanıqlı fəaliyyəti yüzminlərlə insanın həyatına müsbət toxunuş edəcək.
- ABB səhmdarları dividend qazanclarını nə zaman əldə edəcəklər?
- Səhmdarların Ümumi Yığıncağının müvafiq qərarından sonra qanunvericiliyə uyğun şəkildə ödəniş prosedurlarına başlayacağıq. Dividend gəlirləri səhmdarlarımızın hesablarına köçürüləcək. Düşünürəm ki, Səhmdarların Ümumi Yığıncağından sonra növbəti bir ay ərzində, yəni təxminən bu ilin iyununa qədər hər bir səhmdarımız dividend qazancını əldə edə biləcək.
- Son günlər ABB səhmlərinin alqı-satqısında müəyyən canlanma var, səhm qiymətləri də bahalaşır. Bu, nə ilə bağlıdır?
- Bəli, son aylar ABB səhmlərinə tələb artmaqdadır. Səhmlərin qiymətində də yüksəlmə var. Bankımızın səhmlərinə marağın artması, çox güman, ABB-nin uğurlu maliyyə göstəriciləri, banka inamın daha da artması, habelə investorların dividend gözləntisi ilə bağlıdır. Məlumat üçün bildirim ki, 7 may tarixinə qədər ABB səhmi əldə etmiş və aldığı səhmlər həmin tarixədək Milli Depozit Mərkəzinin reyestrinə düşmüş hər bir səhmdarımıza 2024-cü ilin mənfəətindən malik olduğu səhm sayına uyğun dividend ödəniləcək.
- Hazırda əhalinin manatla investisiya alətlərinə və depozitlərə marağı necədir?
- 2024-cü ilin əvvəlindən ABB-də fiziki şəxslərin depozitlərinin həcmi 34% və ya 665 milyon manatdan çox artıb ki, bu artımın da 75%-ni və ya 495 milyon manatdan çox hissəsini milli valyutada olan depozitlər təşkil edir. Dövr ərzində fiziki şəxslərin manatda olan müddətli əmanətlərinin həcmi 89% artaraq 900 mln manatı ötüb.
Ölkəmizin bank sektorunda isə son 3 ildə manatla depozitlərin həcmində 67% artım var, manatla əmanətlərimizin həcmi artıq 10 milyard manata yaxınlaşır. Bu dövrdə xarici valyutada fiziki şəxslərin əmanətlərinin ümumi portfeldə payı 39.8%-dən 34%-ə qədər azalıb. Bu da onu göstərir ki, əhalinin milli valyutaya inamı getdikcə güclənməkdədir.
- Bu inam əsaslıdırmı? Çünki ara-sıra xarici valyutaya tələbin artması da müşahidə edilir.
- Ümumən deyərdim ki, son illərdə ölkəmizdə valyuta bazarındakı situasiya sabitdir. Düzgün qeyd edirsiniz ki, bəzi dövrlərdə tələbin artımı müşahidə edilir, amma tələb artımı iqtisadi amillərdən kənar səbəblərə görə olduğundan müvəqqəti xarakter daşıyır. Bəzən iri layihələrin maliyyələşdirilməsi, bəzən də əsassız şayiələr tələbata qısamüddətli təsir göstərir. Bütövlükdə isə xarici valyutaya tələbin artması fundamental amillərlə bağlı olmadığı üçün dayanıqlı deyil.
Ölkəmizin valyuta ehtiyatları dayanıqlı şəkildə artır. 2024-cü ilin sonuna strateji valyuta ehtiyatlarımızın həcmi təqribən illik ÜDM-ə bərabər olub. Yalnız son 3 il ərzində Azərbaycanın valyuta ehtiyatları 33.4% və ya 17.8 milyard ABŞ dolları artıb. Mövcud ehtiyatlar ölkəmizi gözlənilməz xarici və daxili şoklardan qoruyan təhlükəsizlik yastığı rolunu oynayır. Düşünürəm ki, vətəndaşlarımız manatda həm səhm, istiqraz kimi alətlərə investisiya edə bilərlər, həm də banklarda manatla depozit yerləşdirib yüksək qazanc imkanından faydalana bilərlər.
- ABB gələcəkdə dividend siyasətini necə davam etdirməyi planlaşdırır? Səhmdarları nə gözləyir?
- ABB olaraq hədəfimiz uzunmüddətli perspektivdə səhmdarlarımızla qazancımızı bölüşməyə davam etməkdir. Bu baxımdan, mənfəətimizin bir hissəsi hər il dividend ödənişlərinə yönələcək. Əlbəttə, Bankın hər zaman sağlam və dayanıqlı maliyyə durumunda olması, strateji inkişaf planlarını həyata keçirə bilməsi üçün adekvat kapitallaşma səviyyəsinin qorunması çox önəmlidir. Biz innovativ və rəqabətqabiliyyətli biznes modelimizlə, səmərəli fəaliyyətimizlə, riskləri optimallaşdıraraq, mənfəətliliyi daim artırmaqla səhmdarlarımızın stabil gəlir əldə etməsini təmin etməyi hədəfləyirik.























































