Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
Xətai rayonunda "20 Oktyabr – Energetiklər Günü" münasibətilə tədbir keçirilib+VİDEO
İNSAN HÜQUQLARINA SƏDAQƏT, ƏDALƏTƏ XİDMƏT VƏ ETİMADIN TƏNTƏNƏSİ — İSMAYIL ZALOVUN RƏHBƏRLİYİ İLƏ QARİK SANDLERİN AİLƏSİNİN HÜQUQLARININ MÜDAFİƏSİ
18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
Mədəni və yaradıcı sahibkarlar üçün “CultBazaar” yarmarkası baş tutdu.
Xezertv.info xəbər verir ki, 15 mart tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və Gənclərin Həmrəyliyi İctimai Birliyinin təşkilatçılığı ilə Mədəniyyət Nazirliyinin Mədəni və Yaradıcı Sənayelərin təşviqi üzrə qrantı çərçivəsində “CultBazaar” yarmarkası keçirildi. Yarmarka Gənclərin Həmrəyliyi İctimai Birliyinin İcraçı direktoru Ramilə El-oğlunun açılıș nitqi ilə bașladı. Daha sonra rəsmi qonaq qismində Azərbaycan Respublikası Milli Məclisinin deputatı Naqif Həmzəyev, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndəsi Heydər Rzayev və Azərbaycanda Qadın Sahibkarlığının İnkişaf Assosiasiyasının marketinq departamentinin rəhbəri Fəridə Abbaszadə çıxış etdilər. Qonaqlar gənc sahibkarlara dəstəyin əhəmiyyəti və yolları ilə bağlı öz fikir və təəssüratlarını bölüşdülər.
Açılış mərasimindən sonra yarmarka öz işinə start verdi. Yarmarkada gənc mədəni və yaradıcı sahibkarlar öz əl işlərini, əsərlərini, yaradıcı məhsullarını təqdim etdilər. Sahibkarların biznesinə dəstək vermək məqsədilə təşkil olunmuş yarmarka daxilində, həmçinin, “Rəqəmsal mədəniyyət və innovasiya”, “Yaradıcı şəxslər üçün şəxsi brendinq” və “Startap və yaradıcı biznesin qurulması” adlı vörkşoplar da təşkil olundu. Adıçəkilən vörkşoplar bu sahəyə maraqlı 75-dən çox gəncin mədəni və yaradıcı istiqamətdə bilik və bacarıqlarının gücləndirilməsinə, bu istiqamətdə məlumatlılığın artırılmasına dəstək oldu.
Qeyd edək ki, layihənin keçirilməsində əsas məqsəd vahid fiziki platforma vasitəsilə milli-mədəni məhsul və xidmətlərin insanlar arasında tanınmasına və satışına dəstək göstərilməsi, mədəni və yaradıcı sənaye sahəsinə maraqlı tərəflərin şəbəkələşməsi və potensiallı gənclərin bacarıqlarının (əl işləri, dizayn, rəssamlıq, incəsənət və s.) işıqlandırılması, mədəni məhsullarla məşğul olan gənclərin şəbəkəsini yaratmaqdır. Yarmarka "CultHUB: Yaradıcı sənayenin inkişafı və rəqəmsallığın təşviqi platforması" layihəsi çərçivəsində keçirilir.

































































