31 AVQUST 2026 — İSMAYIL ZALOVDAN BAŞ PROKURORLUĞUN FƏALİYYƏTİNƏ YÜKSƏK QİYMƏT: ƏDALƏT, ŞƏFFAFLIQ VƏ VƏTƏNDAŞA DİQQƏT
İSMAYIL ZALOV: AZƏRBAYCANDA SÖZ AZADLIĞI, DEMOKRATİYA VƏ İNSAN HÜQUQLARININ QORUNMASI DÖVLƏT SİYASƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİNDƏN BİRİDİR
“Qızıl ixracının hasilatdan çox olması ölkənin vasitəçi kimi istifadəsinə sübut deyil”
Husilərin mövqeləri bombalandı - Tramp əmr verdi
ABŞ Prezidenti Donald Tramp orduya Yəməndə fəaliyyət göstərən husilərə qarşı əməliyyatlara başlamaq barədə əmr verib.
"Report” xəbər verir ki, bu barədə o, "Truth Social” hesabında bildirib.
Onun sözlərinə görə, husilər Amerikanın və digər dövlətlərin gəmilərinə, təyyarələrinə qarşı terror kampaniyası aparıblar:
"ABŞ bayrağı altında olan ticarət gəmisinin Süveyş kanalı, Qırmızı dəniz və ya Ədən körfəzindən təhlükəsiz şəkildə keçməsindən bir ildən artıq vaxt keçir. İran tərəfindən maliyyələşdirilən Husi quldurları ABŞ təyyarələrinə raket zərbələri endirib, bizim qoşunlarımızı və müttəfiqlərimizi hədəfə alıblar. Bu hücumlar ABŞ və dünya iqtisadiyyatına milyardlarla dollara başa gəlib, eyni zamanda, günahsız insanların həyatını riskə atıb”.
Əmrdən sonra ABŞ ordusu Yəməndə husilərin nəzarətində olan hədəflərə hava zərbələri endirib. Husilərə məxsus "Al Masirah” telekanalı paytaxt Səna şəhərinə zərbələr endirildiyini bildirib.























































