31 AVQUST 2026 — İSMAYIL ZALOVDAN BAŞ PROKURORLUĞUN FƏALİYYƏTİNƏ YÜKSƏK QİYMƏT: ƏDALƏT, ŞƏFFAFLIQ VƏ VƏTƏNDAŞA DİQQƏT
İSMAYIL ZALOV: AZƏRBAYCANDA SÖZ AZADLIĞI, DEMOKRATİYA VƏ İNSAN HÜQUQLARININ QORUNMASI DÖVLƏT SİYASƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİNDƏN BİRİDİR
Zelenskidən Putinin həmin bəyanatına - Reaksiya
“Rusiya Prezidenti Vladimir Putin ABŞ-nin 30 günlük atəşkəs təklifindən imtina etməyə hazırlaşır”.
“Qafqazinfo” UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna dövlət başçısı Volodimir Zelenski deyib.
“Biz hamımız Putinin çox manipulyativ sözlərini eşitdik. O, faktiki olaraq, indiyə olan vəziyyətə görə, imtina etməyə hazırlaşır. Biz hər hansı bir şeyi mürəkkəbləşdirən şərtlər qoymuruq. Bunu Rusiya edir. Həmişə dediyimiz kimi, hər şeyi uzadacaq, destruktiv olacaq yeganə tərəf Rusiyadır. Onlara müharibə lazımdır”, - deyə Zelenski bildirib.
Xatırladaq ki, V.Putin Rusiyanın Ukraynada döyüş əməliyyatlarının dayandırılması təklifi ilə razılaşdığını, lakin onun uzunmüddətli sülhə gətirməli və böhranın ilkin səbəblərini aradan qaldırmalı olduğunu bildirib.























































