Xəbər Lenti
Dünən, 12:15
Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
21-10-2026, 13:26
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
21-10-2026, 12:14
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
21-10-2026, 11:54
Xətai rayonunda "20 Oktyabr – Energetiklər Günü" münasibətilə tədbir keçirilib+VİDEO
19-10-2026, 21:15
İNSAN HÜQUQLARINA SƏDAQƏT, ƏDALƏTƏ XİDMƏT VƏ ETİMADIN TƏNTƏNƏSİ — İSMAYIL ZALOVUN RƏHBƏRLİYİ İLƏ QARİK SANDLERİN AİLƏSİNİN HÜQUQLARININ MÜDAFİƏSİ
18-10-2026, 16:39
18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
17 min aldı, 500 manatlıq "işə düzəltdi" - Birinci ay maaşın yarısını verdi
Binəqədi bələdiyyəsinin sədrinin köməkçisi işləmiş şəxs dələduzluq əməli törədib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Pərvin adlı həmin şəxs tanışı A.S. adlı xanımın 17 000 manatını ələ keçirib. Sonradan pulun 10 000 manatını geri qaytarıb.
O, A.S.-ya Binəqədi bələdiyyəsində iş vəd edib. Daha doğrusu, onu ayda 500 manat əmək haqqı müqabilində işə "düzəldib". Hətta birinci ay ona 250 manat "maaş" da verib.
Bundan başqa, Pərvin A.S.-nın anasının məzarını təmir etdirəcəyini, mərmər daş qoyacağını vəd edib və buna görə zərərçəkmişdən 3000 manat alıb.
Zərərçəkmiş ifadəsində onu da qeyd edib ki, Pərvin Rafael Cəbrayılov adlı dayısının olduğunu və general rütbəsi daşıdığını deyib. O, problemləri həmin dayısının köməyi ilə həll etdiyini bildirib.
Bu əməlləri törədən bələdiyyə sədrinin keçmiş köməkçisi zərərçəkmişin şikayəti əsasında saxlanılıb. Ona Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham edilib və barəsində barəsində başqa yerə getməmək haqqında iltizam qətiimkan tədbiri seçilib. İbtidai istintaq bitdikdən sonra iş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. İşə hakim Gültəkin Əsədovanın sədrliyi ilə baxılıb.
Pərvin məhkəmə prosesində ittihamları qəbul etmədiyini, zərərçəkənin yalan ifadə verdiyini bildirib. İşdə adı keçən Binəqədi bələdiyyəsinin hüquq şöbəsinin Eldar adlı müdiri isə məhkəməyə ifadəsində zərərçəkmişin qismən doğru danışdığını deyib. Prosesdə məlum olub ki, Pərvin Eldarı A.S.-ya mərmər sexi olan tanışı kimi təqdim edib.
Martın 3-də proses yekunlaşıb və təqsirləndirilən şəxsə hökm oxunub. Pərvin 2 il müddətinə azadlığın məhhdudlaşdırılması cəzasına məhkum edilib. Təqsirlənriilən şəxsin istintaq zamanı həbsdə saxlanıldığı 2 gün azadlığın məhdudlaşdırılmasının 4 gününə bərabər tutulub və ona təyin edilmiş cəzadan çıxılıb. Onun üzərində qəti olaraq 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
Seyid






















































