Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
Xətai rayonunda "20 Oktyabr – Energetiklər Günü" münasibətilə tədbir keçirilib+VİDEO
Millət Vəkili Jalə Əliyeva 95 saylı Zərdab-Kürdəmir-Ucar seçki dairəsi üzrə Zərdab rayonunda növbəti dəfə seçiciləri ilə görüş keçirtdi.
Xezertv.info xəbər verir ki, 6 mart 2025-ci il tarixdə Millət Vəkili Jalə Əliyeva ilk öncə ümummilli lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsi ziyarət olundu, xatirəsi ehtiramla yad etdi.
Daha sonra Heydər Əliyev Mərkəzində qəbula yazılan seçiciləri qəbul etdi, ünvanlanan sualları cavablandırdı, seçiciləri narahat edən məsələləri dinlədi.
Qaldırılan məsələlərlə bağlı müzakirələr apardı, yerli icra qurumları ilə bağlı bir sıra məsələlər yerindəcə həmin qurumların diqqətinə çatdırdı. Respublika xarakterli məsələlərlə bağlı müvafiq mərkəzi icra qurumlarına təqdim edilmək üçün seçicilərin yazılı müraciətləri qəbul edildi. Eyni zamanda bir sıra məsələlərlə bağlı tövsiyələrimizi verdik. Yazılı və şifahi müraciətlərin hər zaman olduğu kimi, müvafiq dövlət qurumlarına göndəriləcəyini, qeyd edilən məsələlərə ən qısa müddətdə baxılmasına və onların müsbət həllinə çalışılacağını bildirdi.
Millət Vəkili Jalə Əliyeva həmçinin qəbul zamanı seçicilərlə Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət haqqında danışdı, ölkəmizdə həyata keçirilən islahatlar və hər bir Azərbaycan vətandaşının, xüsusilə də şəhid ailələri, qazilər və müharibə iştirakçılarının sosial təminatının yaxşılaşdırılması sahəsində ölkə başçısının imzaladığı fərman və sərəncamlar barədə geniş məlumat verdi.
Qəbul iştirakçıları onları diqqətlə dinlədiyinə, yaratdığı səmimi ortama və problemlərinin həllinə yaxından kömək etdiyinə görə minnətdarlıqlarını bildirdilər. Ölkədə, eyni zamanda Zərdab rayonunda həyata keçirilən quruculuq işlərinə görə Prezident İlham Əliyevə təşəkkürlərini çatdırmaqlarını xahiş etdilər, hər zaman dövlət başçısı İlham Əliyevin apardığı daxili və xarici siyasəti dəstəklədiklərini ifadə etdilər.
Rayon İcra Hakimiyyətinin İctimai, siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Murad Həsənov, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin məsləhətçisi Famil Abbasov və deputat köməkçisi Firdovsi Eyvazov qəbulda iştirak edirdilər.
Fərid Faiqoğlu
Xezertv.info















































































