Zaqatala səhiyyəsinin inkişafına həsr olunmuş ömür: Əfsələddin Buğayevin nümunəvi fəaliyyəti
Təhsilin inkişafına həsr olunan ömür: Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva
Paytaxtın abadlığına xidmət edən nümunəvi rəhbər: Binəqədi rayon MKTİB-nin rəisi Elmin Zamanov
Qanunun keşiyində dayanan nümunəvi rəhbər: Nərimanov Rayon DYP şöbəsinin rəisi Hüseyn Əliyev
Xəyalə İmanova: “Akademik Zərifə Əliyeva – Azərbaycan oftalmologiya elmini dünyada tanıdan böyük alim”
Günay Muradova: “Azərbaycan oftalmologiyasının dünya səviyyəsində tanınmasında Zərifə Əliyevanın misilsiz rolu”
Uğurlu idarəçilik və sosial məsuliyyət nümunəsi – “Xaliq Faiqoğlu” MMC-nin Baş direktoru Faiq Seyidov
İnsanlığa həsr olunan ömür – Zərifə Əliyeva irsinin işığında, Vahidə Turabovanın vətəndaş mövqeyi
Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir - Azərbaycanda ilk
Tovuz rayonunda sahibkarlıq qanuna əsaslanır, yoxsa İcra hakimiyyəti rəhbərliyinin cibinə?
AHİK tərəfindən Beynəlxalq Qadınlar Günü münasibətilə "Muğamın sehrli dünyası" konsert proqramı təşkil olunub
Xezertv.info xəbər verir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə "Muğamın sehrli dünyası" konsert proqramı təşkil edib.
Dövlət qurumlarının qadın rəhbərlərinin, Milli Məclisin deputatlarının, həmkarlar ittifaqları sistemində çalışan qadın əməkdaşların iştirak etdiyi tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Vətənimizin müdafiəsi uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə Azərbaycanın dövlətçilik tarixində qadınların rolu, milli-mənəvi dəyərlərimizin qorunmasında, Ana dilimizin zənginləşməsində, ədəbiyyatımızın, mədəniyyətimizin inkişafında xidmətlərindən söz açılıb, onların qətiyyətindən, mübarizliyindən və xeyirxahlığından danışılıb.
Vurğulanıb ki, müdrik xalqımız Nüşabə, Məhsəti, Sara Xatun, Natəvan, akademik Zərifə xanım Əliyeva kimi qadınların xidmətlərini unutmur, şərəf tarixinin parlaq səhifələrində yaşadaraq nəsillərdən-nəsillərə ötürür.
Diqqətə çatdırılıb ki, müasir müstəqil Azərbaycanda qadın siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub və hazırda bu siyasət cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün qadınlar ölkəmizin ictimai, siyasi, iqtisadi və mədəni həyatının fəal iştirakçılarıdır. Tədbirdə Azərbaycan qadınlarının simvolu, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın humanitar, mədəni və nəcib missiyası vurğulanıb, fəaliyyətindən bəhs edən videosüjet nümayiş olunub.
İştirakçılara həmçinin Azərbaycan həmkarlar ittifaqları sistemində aparılan islahatlar, tətbiq olunan yeniliklər, həyata keçirilən layihələr haqqında məlumat verilib, ölkəmizin tanınmış simalarının iştirak etdiyi və əmək hüquqlarının müdafiəsinə həsr olunan “Layiqli Əmək Səfirləri” layihəsinin təqdimatı olub.
Sonra tədbir Xalq artisti Mənsum İbrahimovun rəhbərliyi ilə “Qarabağ” muğam qrupunun rəngarəng musiqi kompozisiyaları ilə davam edib. Əməkdar artist Təyyar Bayramov, “Muğam” müsabiqəsinin qalibləri - Güllü Muradova, Ayşən Mehdiyeva, Aytən Məhərrəmovanın ifasında muğam və xalq mahnıları alqışlarla qarşılanıb.




































































