Menu
Xəbər Lenti
Nazirdən yeni təyinat
4-03-2025, 09:21

Nazirdən yeni təyinat

06 Mart 2025 12:34Manşet / Gündəm

Bağcaya aparılan uşağı direktor qapıdan geri qaytarıb: Kim haqlıdır?

 

Bakıda bağçaya aparılan uşağı qapıdan geri qaytarıblar.
 
Qaynarinfo xəbər verir ki, buna səbəb uşağın bağçaya 9:30-da aparılması olub. Bağçadan valideynə bildiriblər ki, dövlət bağçası olduğundan uşaq 9:00-da gəlməlidir. 

Ümumiyyətlə, "Məktəbəqədər Təhsil haqqında Qanun” bağça direktorlarına belə bir qərar vermək səlahiyyəti verir? Məsələ ilə bağlı təhsil eksperti Elmin Nuriyə müraciət etdik. 

Ekspert Qaynarinfo-ya bildirdi ki, "Məktəbəqədər Təhsil Haqqında Qanun”un 17-ci maddəsi birbaşa məktəbəqədər təhsil sahəsindəki uşaqların hüquqlarından bəhs edir:

"Onların həyat və sağlamlığı üçün təhlükəsiz şəraitdə, mənəvi psixoloji cəhətdən sağlam pedaqoji mühitdə dövlət təhsil standartlarına uyğun keyfiyətli təhsil almaq hüquqları var. Həmçinin şəxsiyyətlərin alçaldılmasına, mənəvi və psixoloji duruma, sağlamlığa zərər yetirilməsi, fiziki və psixoloji zorakılıq hallarından müdafiə olunmaq hüquqları var. Söhbətin hansı bağçada baş verdiyini bilmirik və bunun əhəmiyyəti də yoxdur. Olaya fokuslansaq deyə bilərik ki, bir azyaşlının bağçaya valideyn tərəfindən yarım saat müddətinə gec gətirilməsi onun geri qaytarılmasına əsas ola bilməz”. 

Elmin Nuri qeyd edib ki, direktorlar icra, eyni zamanda intizam prosedurunu əsas gətirə bilərlər:

"Məsələyə daha ətraflı baxdıqda gec gətirildiyi üçün bağçadan uşağın geri qaytarılması həm də bir növ uşaq üçün psixoloji təzyiqdir. Biz də 17-ci maddəyə əsasən deyə bilərik ki, burada uşaqların hər hansı fiziki psixoloji şiddətə məruz qalması yolverilməzdir. Bunu həyata keçirən şəxs olayda qəti şiddət elementinin olmadığını bildirəcək və kənardan da elə görünür. Lakin azyaşlının psixologiyası üçün bu nə dərəcədə təsir bağışlayacağı sual altında qalır".

Ekspert belə hallarda valideynləri, eləcədə şəhərdə yaranan tıxacları nəzərə almaq mütləqdir:

"Müəyyən məsafə amilləri də var. Yarım saata görə uşaq geri qaytarıla bilməz. Hüquqi baxımdan direktorun buna səlahiyyəti var. Ən azından müəssisə daxilində intizam hallarının artırılması üçün bu addımı atdığını deyəcək. Amma olaya təkcə səlahiyyət, hüququ aspekdən baxmaq doğru deyil. Məsələyə psixoloji, humanist prinsiplərdən də baxmaq lazımdır”. 

Bahar Rüstəmli