Xəbər Lenti
Dünən, 22:18
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
Dünən, 21:40
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
Dünən, 21:12
Aztürk Holding-in təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
Dünən, 12:55
Milli geyim sənayesinin inkişafına töhfə verən rəhbər – Bakı Tikiş Evinin direktoru Fədai Rəhimov
Dünən, 10:47
"Sistemdə ciddi islahatlara ehtiyac var" - Kənd təsərrüfatı üzrə subsidiyalar niyə effektiv deyil?
28-05-2026, 16:44
Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionlarda Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub
28-05-2026, 16:05
YAP İsmayıllı Rayon Təşkilatının sədri Zaur Muradovun 28 May – Müstəqillik Günü Münasibətilə təbriki və dövlətçilik dəyərlərinə sədaqət nümunəsi
28-05-2026, 15:47
Vaqif Abdullayev: 28 MAY siyasi təqvimdə Türk tarixi üçün uğur hekayəsi sayıla bilər.
28-05-2026, 15:37
İsmayıllı RİH-nin başçısı Nahid Bağırov 28 May – Müstəqillik Günü münasibəti ilə təbriki
28-05-2026, 15:11
Azərbaycanın aqrar inkişaf strategiyası: Prezident İlham Əliyevin kənd təsərrüfatı və su təhlükəsizliyi siyasəti
28-05-2026, 13:50
Səhiyyədə peşəkarlıq və humanizm nümunəsi – Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov
28-05-2026, 12:33
İlham Əliyevin sosial şəbəkə hesablarında Müstəqillik Günü ilə bağlı paylaşım olundu
28-05-2026, 12:17
Rubio ABŞ-ın Azərbaycanla əməkdaşlığı möhkəmləndirməkdə maraqlı olduğunu bəyan edib
27-05-2026, 15:17
“Zeferyolu.az” informasiya agentliyinin rəhbəri Jalə Ağakişiqızından müqəddəs Qurban Bayramı təbriki
27-05-2026, 14:23
Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradovadan müqəddəs “Qurban” bayramı təbriki
27-05-2026, 14:14
Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Xəyalə İmanovadan müqəddəs “Qurban” bayramı təbriki
"Karvan 2002"nin satış müdiri 71 min mənimsəyib - Şirkət rəhbəri də dindirildi
Bakıda məşhur şirkətin külli miqdarda pulunu mənimsəməkdə ittiham edilən şəxsin məhkəməsi keçirilib. Təqsirləndirilən şəxs zərəri ödəmək üçün maşınını və torpağını satıb.
Musavat.com xəbər verir ki, 36 yaşlı Kamran Gülməmmədov külli miqdarda mənimsəmədə ittiham edilərək məsuliyyətə cəlb olunub.
O, satış təmsilçisi olaraq çalışdığı "Karvan 2002” MMC-nin 71 min manatını mənimsəməkdə təqsirli bilinib və barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
İstintaq müddətində onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
Qeyd edək ki, MMC qeyri-qida şirkətidir, sabun və yuyucu vasitələrin satışı ilə məşğuldur.
Məhkəmə araşdırması zamanı ifadə verən Kamran deyib ki, 2016-cı ildən şirkətdə çalışıb. Bir il sonra işdən çıxmaq istəyib.
"Bunun səbəbi xərclərin çox olması idi. Öz maşınımla işləyirdim. Benzin pulu olaraq ayda 200 manat verilirdi. Bu da çatmırdı. Sonra məbləği 250 manat etdilər. Özümə 12 min manata maşın aldım. İndi həmin maşını borcumun qarşılığı olaraq şirkətə vermişəm. Mən qeyd edildiyi kimi 71 min manat mənimsəməmişəm. Cəmi 25 min pul götürmüşəm. Onun 4-5 min manatını uşağım üçün xərcləmişəm. 20 min manatı da iş xərclərimə sərf etmişəm. Çünki yol xərci, yemək pulu vermirdilər”, - deyə Kamran ifadəsinə əlavə edib.
O, pulun qalan hisəssinin qarşılığında Qəbələdə olan torpaq sahəsini verib. Şirkətlə Kamran arasında əvvəlcə razılıq olmayıb. Sonradan isə borc qarşılığında razılıq əldə edilib.
MMC-nin direktoru Arzu Ələsgərov Kamran tərəfindən borcun tam olaraq ödənildiyini bildirib.
A.Ələsgərov onu da qeyd edib ki, Kamran şirkətdə aparılan audit yoxlaması zamanı 71 min manatlıq mənimsəməni etiraf edib.
Məhkəmə Kamranın səmimi etirafını, zərərlə bağlı razılıq əldə edilməsini nəzərə alaraq onun barəsində şərti cəza təyin edib.
Hökmə əsasən, onun barəsində 5 il cəza təyin edilib. Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilməklə cəzası 2 il müddətinə şərti hesab edilib. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.























































