31 AVQUST 2026 — İSMAYIL ZALOVDAN BAŞ PROKURORLUĞUN FƏALİYYƏTİNƏ YÜKSƏK QİYMƏT: ƏDALƏT, ŞƏFFAFLIQ VƏ VƏTƏNDAŞA DİQQƏT
İSMAYIL ZALOV: AZƏRBAYCANDA SÖZ AZADLIĞI, DEMOKRATİYA VƏ İNSAN HÜQUQLARININ QORUNMASI DÖVLƏT SİYASƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİNDƏN BİRİDİR
“Qızıl ixracının hasilatdan çox olması ölkənin vasitəçi kimi istifadəsinə sübut deyil”
Fərid Ərşadlı – Sumqayıtın müasir şəhərsalma simasına yeni nəfəs gətirən baş memar
Botanika İnstitutunda Xocalı Soyqırımının 33-cü ildönümünə həsr edilmiş tədbir keçirilib
Xezertv.info xəbər verir ki, AR ETN Botanika İnstitutunda Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.
Öncə Xocalı faciəsi qurbanlarının və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İnstitutun baş direktoru, professor Səyyarə İbadullayeva tədbiri açaraq, Xocalı soyqırımı və Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti barədə danışıb. Qeyd edib ki, Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum edib və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutub. O, 1992-ci ildə Xocalıda törədilən vəhşiliklər haqqında xarici mətbuatda yazılan məlumatları diqqətə çatdırıb. Bu faciənin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin böyük əməyi olduğunu, məhz onun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisində ilk dəfə bu məsələyə siyasi-hüquqi qiymət verildiyini vurğulayıb. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı şanlı zəfərdən və dövlət rəhbərliyinin uzaqgörən siyasətindən danışaraq erməni vandalizmi qurbanlarının qisasının alındığını söyləyib.
Tədbirdə İnstitutun icraçı direktoru, professor Şakir Qasımov, professor Aydın Əsgərov, b.ü.f.d. Sadıq Qarayev çıxış edərək Azərbaycana qarşı hərbi təcavüzünün gedişində törədilmiş Xocalı soyqırımının təfərrüatlarından bəhs edib və bu soyqırımın bəşəriyyətə qarşı cinayət olduğunu vurğulayıblar.
Tədbirdə soyqırımı əks etdirən videoçarx nümayiş etdirilib.
Sonda Botanika İnstitutunun əməkdaşları Xocalı Soyqırımı abidəsini ziyarət ediblər.



































































