İsmayıl Zalovun Ankara Ədalət Sarayına rəsmi işgüzar səfəri – vətəndaş hüquqlarının müdafiəsi istiqamətində mühüm fəaliyyət
Azərbaycan–Almaniya arsında strateji dialoq və münasibətlərin yeni siyasi platforması
Prezident həmkarının ad gününü təbrik etdi Prezident həmkarının ad gününü təbrik etdi
Azərbaycan Respublikasında kənd təsərrüfatının, o cümlədən arıçılığın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
Masallıda 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış üç qəhrəmanın doğum günü ehtiramla qeyd olundu.
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir
Xətai rayon İcra Hakimiyyətində 22 İyul – Azərbaycan Milli Mətbuatı və Jurnalistika Günü münasibətilə tədbir keçirilib.
Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı 22 İyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirib.
Hikmət Məmmədov – xeyriyyəçiliyi, vətənpərvərliyi və işgüzarlığı ilə seçilən nüfuzlu şəxsiyyət
İbrahim Cəfərov – Azərbaycan aqrar elminin inkişafına töhfə verən alim və təşkilatçı
“Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Ağsu gəncləri üçün yeni imkanlar yaradıb
“Bank Respublika”dan sahibkarlara “Yaşıl Kredit”
Ölkəmizdə real sektorun inkişafına daim dəstək olan Bank Respublika, innovativ yanaşmalarını davam etdirərək ilk dəfə olaraq sahibkarlar üçün “Yaşıl Kredit” məhsulunu təqdim edir.
Avropa İttifaqı və Avropa Yenidənqurma və İnkişaf Bankının birgə layihəsi olan EU4Business-EBRD Kredit Xətti çərçivəsində təklif olunan bu yeni maliyyə aləti ekoloji cəhətdən davamlı layihələri dəstəkləmək və mikro, kiçik və orta bizneslərin enerji səmərəliliyini artırmaq üçün nəzərdə tutulmuşdur.
Kreditin maksimal müddəti – 5 il, maksimal məbləği – 3 milyon avro ekvivalentinə qədərdir (kreditlər manatla verilir).
- 15%-dək keşbek: Avropa İttifaqının dəstəyi ilə kreditin əsas məbləğinin bir hissəsi geri qaytarılır. Bu, həm sahibkarlar üçün maliyyə yükünü azaldır, həm də investisiyanı daha sərfəli edir;
-Sadə və sürətli prosedur: Minimum sənəd tələbləri və sürətli icra ilə kreditlər qısa zamanda təsdiqlənir;
-Enerji səmərəliliyi: Yeni texnologiyalar və avadanlıqlar sayəsində əməliyyat xərcləri əhəmiyyətli dərəcədə azalır;
-Ekoloji fayda: Daha təmiz texnologiyalara keçid ətraf mühitin mühafizəsinə töhfə verir.
“Yaşıl Kredit” sahibkarlara bir çox unikal üstünlüklər təklif edir:
“Yaşıl Kredit”dən faydalanmaq istəyən sahibkarlar üçün tələblər:
-Şirkətin azı 51%-i özəl mülkiyyətdə olmalıdır;
-Sahibkarlar Azərbaycanda qeydiyyatdan keçmiş və qanunvericiliyə uyğun fəaliyyət göstərməlidir;
-Şirkət tərəfdaş maliyyə qurumlarının tələblərinə uyğun gəlməlidir;
-Müəssisənin işçi sayı 250 nəfərdən az olmalıdır.
“Yaşıl Kredit” bir çox fərqli sahələrdə tətbiq edilə bilər:
-Kənd təsərrüfatı: Heyvandarlıq, quşçuluq, bağçılıq, əkinçilik kimi ənənəvi sahələrdə müasir texnologiyaların tətbiqi;
-Qida istehsalı: Meyvə və tərəvəzin emalı və saxlanması, süd məhsulları, çay, qəhvə, pivə, şərab və çörək istehsalına yönəlmiş layihələr;
-Sənaye sektorları: Pambıq, parça, kauçuk, plastik, şüşə, mebel və digər sənaye məhsullarının istehsalı.
Yaşıl texnologiyalara investisiya edin və gələcəyə yaşıl bir miras qoyun!
Daha ətraflı məlumatı bankın rəsmi saytında, facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.























































