Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova - Vətən sevgisi, dövlətçilik ruhu və neftçi əməyinə ehtiram
Hər bir müraciət qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
“Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
Mətanət Həzrətquliyanın “60 illik yubileyi” münasibətilə təbrik edirik!
Şirvan şəhəri Elçin İmanov adına 10 saylı tam orta məktəbin rus bölməsinin ibtidai sinif müəlliməsini, 60 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirik! Bu əlamətdar gün münasibətilə Sizə möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və pedaqoji fəaliyyətinizdə yeni uğurlar arzulayırıq!
Sizin müəllimlik fəaliyyətiniz uzun illər boyunca təhsilə, gənc nəslin maariflənməsinə və Vətənimizin layiqli vətəndaşlarının yetişməsinə xidmət edib. Siz fədakar müəllim kimi onlarla, yüzlərlə şagirdin həyat yolunda parlaq bir çıraq oldunuz. Şagirdlərinizin uğurları, onların cəmiyyətin müxtəlif sahələrində qazandığı nailiyyətlər Sizin zəhmətinizin, bilik və təcrübənizin ən gözəl bəhrəsidir. Öyrətdiyiniz biliklər, verdiyiniz dəyərlər şagirdlərinizin gələcəyini formalaşdırıb və bu gün onlar Azərbaycanı ölkəmizdən kənarda da layiqincə təmsil edirlər.
Siz yalnız bilik ötürən deyil, həm də öyrənməyi sevdirən, şagirdlərinizə dünyanı tanımağa və onu daha yaxşı etməyə ilham verən bir pedaqoqsunuz. Müəllim peşəsi çətin və eyni zamanda şərəflidir. Sizin təhsil sahəsində keçdiyiniz yol, verdiyiniz əvəzsiz töhfələr gələcək nəsillər üçün bir nümunədir. Hər bir dərsiniz şagirdlərinizin yaddaşında bilik mənbəyi, istiqamətverici bələdçi kimi qalır.
Sizinlə çiyin-çiyinə çalışan məktəbin pedaqoji kollektivi, dəyərli həmkarlarınız Sizin əvəzolunmaz müəllim və gözəl insan olduğunuzu vurğulayırlar. Şagirdləriniz həmişə Sizi hörmət və minnətdarlıq hissi ilə xatırlayır, Sizi yalnız müəllim kimi deyil, həm də qayğıkeş, mehriban bir dost və yolgöstərən kimi dəyərləndirirlər.
Bu əlamətdar gündə Sizi sevənlər – ailəniz, qohumlarınız, dostlarınız, həmkarlarınız və bütün şagirdləriniz Sizi ürəkdən təbrik edir və bu yubileyin Sizə yeni uğurlar, sevincli günlər, xoşbəxt anlar gətirməsini diləyirlər.
Biz də "Vetenperverlertv.az" xəbər portalının kollektivi olaraq, Sizi “60 illik yubiley”iniz münasibətilə ürəkdən təbrik edir, gələcək fəaliyyətinizdə Sizə uğurlar arzulayırıq. Qoy, həyat yolunuz həmişə aydın və nurlu olsun, ətrafınızda doğmalarınızın sevgisi, şagirdlərinizin ehtiramı və dostlarınızın səmimi münasibəti olsun!
Hörmətlə,
“Vetenperverlertv.az” xəbər portalının redaksiyası























































