Xəbər Lenti
Bugün, 12:04
Xətai rayonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə “Zirvəyə Aparan İşıq” adlı tədbir keçirilib.
Dünən, 17:31
Azərbaycan Respublikasında Məhkəmə-Hüquq Şurasının Hüquqi Statusu və Fəaliyyətinin Konstitusion-Hüquqi Əsasları
30-09-2026, 16:53
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Suskənd kəndində səyyar qəbul keçirib
İstanbulda qar üzündən tədris dayandırıldı
Türkiyənin İstanbul şəhərində yağan qar nəticəsində bütün təhsil müəssisələrində tədris dayandırılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə İstanbul vilayətinin valisi Davut Gül X sosial şəbəkəsində yazıb.
Gül bildirib ki, İstanbulda davam edən qar yağışı "soyuq hava səbəbindən həyat şəraitinə mənfi təsir göstərir".
"Meteoroloji məlumatlara görə, şəhər boyu qar yağışı və soyuq havanın davam edəcəyi gözlənilir. Buna görə də çərşənbə günü, 12 fevral tarixində İstanbulun bütün təhsil müəssisələrində tədris bir günlük dayandırılacaq", – deyə o qeyd edib.
Bundan əlavə, müəyyən kateqoriyadan olan işçilərə inzibati məzuniyyət verilib.
"Əlilliyi olan şəxslər, xroniki xəstəlikləri olanlar və dövlət qurumlarında çalışan hamilə işçilər çərşənbə günü, 12 fevral tarixində inzibati məzuniyyətdə hesab olunacaqlar", – deyə Gül əlavə edib.
Böyük Britaniyada isə 10 yanvar, cümə günü son 15 ilin ən soyuq yanvar gecəsi olub, çünki Şotlandiyanın Altnaharra kəndində temperatur -18,9°C-yə enib.
Fransanın şimalındakı Nor departamentinin prefekturası isə qar və buzlanma səbəbindən iki nəfərin həyatını itirdiyini bildirib.
Alpər






















































