Menu
Xəbər Lenti
Sabunçuda işıq olmayacaq
13-02-2025, 08:12

Sabunçuda işıq olmayacaq

Bayramov Almaniyaya getdi
13-02-2025, 08:06

Bayramov Almaniyaya getdi

12 Fevral 2025 07:55Manşet / Gündəm / Siyasət

Niderland parlamentinin deputatı Benilüks Azərbaycanlıları Konqresinin fəaliyyəti barədə məlumatlandırılıb

 

Benilüks Azərbaycanlıları Konqresinin (BAK) üzvləri Niderland parlamentində “Denk” partiyasının deputatı Doğukan Erginlə görüşüblər.

Millixeber.az xəbər verir ki, görüşdə deputat Doğukan Ergin “Denk” partiyasının yarandığı gündən Qarabağ məsələsində hər zaman Azərbaycana dəstək olduğunu və bu dəstəyin davam etdirildiyini bildirib.

Benilüks Azərbaycanlıları Konqresinin (BAK) sədri Elsevər Məmmədov hər zaman Azərbaycana göstərdikləri dəstəyə görə deputata təşəkkürünü bildirib və BAK-ın fəaliyyəti haqqında onu məlumatlandırıb.

BAK-ın baş məsləhətçisi Lamiyə Babayeva, Konqresin fəal üzvü, “Franciscus Gasthuis en Vlietland” xəstəxanasının həkimi Tərlan Həsənov, qurumun sədr müavini, tanınmış rəssam Rasim Hüseinov Doğukan Erginə müxtəlif sahələrdəki fəaliyyətləri haqqında məlumat veriblər. Onlar Niderlandda yaşayan azərbaycanlı qadınların diaspor sahəsində fəallığından danışıb, 44 günlük müharibə dövründə də bu fəallığın bariz şəkildə nümayiş etdirildiyini vurğulayıblar. Həmçinin Niderlandda yaşayan azərbaycanlı gənclər, bu ölkədə keçirilən mədəniyyət tədbirləri haqqında deputata ətraflı məlumat verilib.

Doğukan Ergin görüşdən çox məmnun olduğunu bildirərək, bu ölkədə yaşayan azərbaycanlı gənclərə siyasi partiyalarda fəaliyyət göstərmələrini tövsiyə edib, bu işdə onlara hər cür dəstək ola biləcəyini vurğulayıb.

Sonda qarşılıqlı hədiyyələr təqdim edilib.







Zamin Zeynal