Xəbər Lenti
Dünən, 12:25
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
10-10-2026, 14:26
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
10-10-2026, 13:39
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
10-10-2026, 11:36
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
9-10-2026, 12:01
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
9-10-2026, 10:24
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır minaya-dusenler-sehid-ruhin-qehremanovun-atasi-ile-qardasidir
8-10-2026, 16:30
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
8-10-2026, 14:28
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı
8-10-2026, 10:14
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
7-10-2026, 18:59
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
Ukrayna 500 milyardlıq faydalı qazıntılarını ABŞ-a verməyə razıdır – Tramp
Prezident Donald Tramp bildirib ki, Ukrayna Vaşinqtonun Kiyevə göstərdiyi hərbi yardımın əvəzində ABŞ-a 500 milyard dollar dəyərində faydalı qazıntılar verməyə "əslində razılaşıb”.
Qaynarinfo xəbər verir ki, bu barədə The New York Post yazır.
"Onların faydalı qazıntılar, neft və qaz, eləcə də digər şeylər baxımından son dərəcə qiymətli torpaqları var. Mən istəyirəm ki, pullarımız qorunsun, çünki biz yüz milyardlarla dollar xərcləyirik (Ukraynada – UNIAN)”, – Tramp Fox News-a müsahibəsində bildirib.
Nəşr xatırladır ki, Tramp ABŞ-ın Ukraynanın təbii sərvətlərinə çıxış əldə etməli olduğunu, hətta Rusiya ilə sülh razılaşmasının olub-olmamasından asılı olmayaraq israrla qeyd edib. Onun sözlərinə görə, ABŞ-ın Ukraynaya verdiyi "300 milyard dollardan çox” vəsait digər ölkələrin hərbi səylərə ayırdığı töhfələrdən xeyli üstündür.
"Onlar razılığa gələ bilərlər. Gəlməyə də bilərlər. Onlar bir gün rus, bir gün rus olmaya bilərlər. Amma biz bu pulları (Ukraynada – UNIAN) xərcləmişik və mən deyirəm ki, onları geri almaq istəyirəm. Mən onlara dedim ki, 500 milyard dollara bərabər faydalı qazıntıları almaq istəyirəm və onlar, əslində, buna razılaşdılar”, – ABŞ prezidenti izah edib.
"Mən onlara dedim: Biz mütləq – mütləq nəsə əldə etməliyik. Biz bu pulları durmadan ödəyə bilmərik”, - Tramp həmçinin vurğulayıb.
Onun sözlərinə görə, Ukraynaya yardımı sadəcə olaraq davam etdirmək "axmaqlıq” olardı.
Eyni zamanda, The New York Post qeyd edir ki, Ukrayna prezidenti Volodimir Zelenski cümə günü ABŞ-la resurs tədarükü və təhlükəsizlik zəmanətləri barədə qarşılıqlı razılaşmanı dəstəkləyib. Bu, mümkün sülh tənzimlənməsi çərçivəsində nəzərdən keçirilir. "Əgər biz razılaşmadan danışırıqsa, gəlin razılaşma bağlayaq, biz tamamilə lehinəyik. Biz Putini dayandırmalı və sahib olduğumuz şeyləri – Ukraynanın mərkəzindəki çox zəngin Dnepr regionunu qorumalıyıq”, – Zelenski Reuters-ə müsahibəsində deyib.
Nəşr yekun olaraq bildirir ki, ABŞ-ın vitse-prezidenti Cey Di Vens və Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi, istefada olan general-leytenant Kit Kelloqun rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyada keçiriləcək Münhen Təhlükəsizlik Konfransında Ukrayna prezidenti ilə görüşəcək. Görüşün məqsədi artıq üç ilə yaxındır davam edən müharibənin necə bitiriləcəyini müzakirə etməkdir.
Bundan əvvəl Ukraynanın xarici işlər naziri Andrey Sibiga ABŞ-a Ukraynanın faydalı qazıntıları sayəsində necə sülhə nail oluna biləcəyini izah edib. Onun sözlərinə görə, prezident Volodimir Zelenskinin qələbə planında Ukraynanın zəngin olduğu mineral və təbii resurslarla bağlı xüsusi bir bənd var idi.
"O cümlədən, tərəfdaşlarımızın investisiya qoymaq və onları birgə işlətmək imkanları ilə bağlı. Çünki bu, bizim ümumi strateji marağımızdır və bu, həm də güc sayəsində sülh konsepsiyasının reallaşdırılmasının konkret təzahürlərindən biridir. Çünki bu, Ukraynada iri biznesin, ən yaxın müttəfiqlərimiz olan ABŞ-ın bu yataqların işlənməsinə və onların müdafiəsinə marağını gücləndirən müəyyən təminat elementlərindəndir. Bunun üçün bizim həqiqətən də geniş imkanlarımız var”, – siyasətçi vurğulayıb.
Alpər






















































