Xəbər Lenti
Dünən, 21:13
Hacı İldırım Allahyarov – Masallının "İstisu" sanatoriyasının inkişafına töhfə verən iş adamı
21-08-2026, 15:39
Binəqədidə sensasion iddia: Ramil Abasovun təyinatı ətrafında 200 min manatlıq rüşvət qalmaqalı
20-08-2026, 20:00
Astana görüşləri: Beynəlxalq hüquq müdafiəçisi İsmayıl Zalov Qazaxıstan Ali Məhkəməsində — ədalət, şəffaflıq və insan hüquqlarına həsr olunmuş mühüm görüş
20-08-2026, 15:46
Hacı İldırım Allahyarov – Masallının "İstisu" sanatoriyasının inkişafına töhfə verən iş adamı
19-08-2026, 18:26
Sahibkara “qanunsuz tikinti” damğası, bəs kirayə evdəki fəaliyyətlə kim nəzarət edir?
18-08-2026, 19:08
Beynəlxalq hüquq müdafiəçisi İsmayıl Zalovun Qazaxıstan Respublikasının Astana şəhərində növbəti hüquqi uğuru — ədalətin və insan hüquqlarının təntənəsi
Moskvada məşhur klinikanın azərbaycanlı sahibinin qətli qohumu tərəfindən sifariş verilib (TƏFƏRRÜAT)
Rusiyanın Moskva şəhərində əslən Azərbaycandan olan qohumlar arasında münaqişə hüquq-mühafizə orqanları çərçivəsində həll ediləcək.
"Unikal"ın məlumatına görə, Moskvada yerləşən "Çestnaya stomatologiya" klinikasının həkimi Əliyev Kabil Qalib oğlu yaxın qohumu Sabit Əliyevi öldürmək üçün əslən azərbaycanlı olan, Hacıqabul rayon sakini Pənahov Elsevər Pənah oğluna sifariş verib və bunun qarşılığında hətta ona külli miqdarda pul da vəd verib. Ancaq təsadüf nəticəsində sifarişi verilən Sabit Əliyevə bu il yanvarın 3-də məlum olub ki, onu öldürmək istəyirlər.
Belə ki, tanımadığı bir azərbaycanlı yol gedən zaman Sabit Əliyevə yaxınlaşaraq onun qətlinin yaxın qohumu tərəfindən sifariş verildiyini bildirib. Bununla bağlı "Estet" Stomotoloji Klinikalarının baş həkimi olan Sabit Əliyev müəyyən araşdırmalar apardıqdan sonra Preobrazhenski Rayonlararası İstintaq İdarəsinə rəsmi qayda da həyatının təhlükədə olması barədə ərizə verib. Araşdırmalarımız zamanı məlum oldu ki, Kabil Əliyev Sabit Əliyevin klinikalarının daha nüfuzlu olmasına, ora gələn pasiyentlərin çoxluğunu qəbul etmədiyindən ondan qisas almaq niyyətinə düşüb. Hətta bundan öncə də bir neçə dəfə müxtəlif formalarda Sabit Əliyevin nüfuzunu aşağı salmaq üçün müəyyən addımlar atıb, onun klinikasına sifarişlə xəstələr göndərib və sonra həmin müalicə həkimlərindən müəyyən hüquq-mühafizə orqanlarına qondarma şikayətlər yazdırıb.

Kabil Əliyev isə qohumunun onun ölümünü sifariş verməyindən məlumatı olduqdan sonra adıçəkilən rayonda "Parus" restoranın sahibi olan Elsevər Pənahovu yanına çağıraraq vəd verdiyi 30 min dollar pulu ona verib və onun sifarişçi olması barədə hər hansı hüquq-mühafizə orqanına məlumat verməməsini tapşırıb.

Hazırda Sabit Əliyevin ərizəsi əsasında Preobrazhenski İstintaq İdarəsində araşdırmalara başlanılıb.























































