Həbsdə olan baş redaktor Habil Vəliyev sərrast cavabına görə Mehriban Əliyevaya təşəkkür etdi
Peşəkarlığın və insanpərvərliyin ünvanı – Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradova
Gürcüstan XİN başçısı: "Azərbaycan-Ermənistan üzərindən yeni yolların tikintisi region üçün müsbət haldır"
“Müqəddəs Ramazan” ayının gəlişi münasibətilə Azərbaycan xalqına və dövlət rəhbərliyinə səmimi təbrik
İş adamı Sahil İmanov: 2026–2030-cu illərdə xarici investisiya axını iqtisadi artımı sürətləndirəcək
Botanika İnstitutu xarici əməkdaşlığı genişləndirir
Xezertv.info xəbər verir ki, Qaradəniz Texniki Universitetinin professoru Sevgi Kolaylı AR ETN Botanika İnstitutunda olub. İnstitutun baş direktoru, professor Səyyarə İbadullayeva qonağa Botanika İnstitutunun elmi-tədqiqat istiqamətləri, beynəlxalq əlaqələri, müştərək layihələri və əldə olunan nailiyyətləri haqqında məlumat verib.
S.Kolaylının ziyarətinin əsas məqsədi müştərək beynəlxalq konfransın təşkili üçün müzakirələrin aparılması olub. Müzakirələr zamanı müştərək layihələrin təşkili və birgə tədqiqatların aparılması üçün əməkdaşlıq memorandumunun bağlanmasının vacibliyi vurğulanıb, beynəlxalq konfransın keçirilməsi üçün ilkin razılıq əldə olunub. Qaradəniz Texniki Universiteti, Naxçıvan Dövlət Universiteti və Botanika İnstitutunun birgə təşkilatçılığı ilə baş tutacaq konfransın əsas məqsədi yabanı bitkilərdən istifadə, aromaterapiya, fitoterapiya və apiterapiya üzrə tədqiqatların genişləndirilməsi olduğu qeyd olunub.
Sonda qonaq İnstitutun Botanika Muzeyi, Herbari Fondu və laboratoriyaları ilə yaxından tanış olub və İnstitutda aparılan elmi-tədqiqat işləri və əməkdaşlıq perspektivlərini yüksək qiymətləndirərək görüşdən məmnunluğunu bildirib.


































































