Xəbər Lenti
Bugün, 08:53
Amil Bağıyev: Prezident İlham Əliyev – Müstəqil Azərbaycanın gücü, zəfəri və milli həmrəyliyinin təminatçısı
Bugün, 08:49
Taleh Məmmədov: Prezident İlham Əliyev – Müstəqil Azərbaycanın Zəfər və həmrəylik yolunun lideri
Bugün, 08:48
İş adamı Cəbrayıl Cəbrayılov: Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev – Milli birliyin və qələbənin simvolu
Bugün, 08:46
İş adamı Zaur Abdullayev: Prezident İlham Əliyev – Qətiyyət, dövlətçilik və dünya Azərbaycanlılarının birlik rəmzi
Bugün, 08:43
Mehman Qəhrəmanov: Prezident İlham Əliyev – Güclü Lider, Güclü Dövlət və Qlobal Azərbaycan Birliyi
Bugün, 08:41
Vətənpərvər xanım Lətifə Əhmədova: Prezident İlham Əliyev – Güclü dövlət iradəsinin və milli qürurun təntənəsi
Dünən, 08:40
Məleykə Abbaszadə: "Suallar məktəb dərsliklərini əhatə etməsə, bizi məhkəməyə verərdilər"
21-12-2025, 19:32
Ruslan Eldaroğlu: Amnistiya aktının qəbulu siyasi müdrikliyin və sosial humanizmin bariz nümunəsidir.
21-12-2025, 10:17
Bakıda Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyasının iclası və İnvestisiya Forumu keçiriləcək
21-12-2025, 09:29
Sosial şəbəkələrdə tibbi məsləhət dalğası - Özlərini "sağlamlıq eksperti" kimi təqdim edən bloqerlər
21-12-2025, 09:24
Azərbaycan idmanı yeni zirvədə: Bakı şəhərinin 2026-cı il üçün Dünya İdman Paytaxtı seçilməsi və yeni inkişaf mərhələsi
21-12-2025, 09:05
PREZİDENT İLHAM ƏLİYEVİN AMEA‑NIN 80 İLLİK YUBILEYİ TƏDBİRİNDƏKİ ÇIXIŞINDA DİL MƏSƏLƏLƏRİ
2 fevral – Azərbaycan Gəncləri Günüdür.
Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər gənc nəslə qayğını əsirgəməyib. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə gənc nəslə diqqətin göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Ulu Öndərin gənclərlə bağlı imzaladığı bir çox sənədlər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratmış, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, habelə təşkilati-hüquqi əsaslarını müəyyən etmişdir.
Samit Həsənov - Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Gənclərlə iş sektorunun müdiriUlu Öndərin gənclər siyasətinin ən əhəmiyyətli addımlarından biri 2 fevral tarixinin Azərbaycan Gəncləri Günü elan edilməsidir. 1997-ci ildə imzalanmış müvafiq sərəncamla təsis edilən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd edilmişdir. Həmin tarixdən etibarən Azərbaycan Gəncləri Günü gənclərimizin nailiyyətlərinin qiymətləndirilməsi, onların dövlət həyatındakı rolunun artırılması və təşəbbüslərinin dəstəklənməsi baxımından mühüm bir tarixə çevrilmişdir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Bu siyasət gənclərin sosial, intellektual və mədəni inkişafını təmin etməklə yanaşı, onların ölkəmizin gələcəyi naminə aparıcı qüvvəyə çevrilməsinə şərait yaratmışdır. Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir, sarsılmazdır. Hər bir gənc Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir.” Bu dərin fikirlər gənclərimiz üçün bir yol xəritəsi kimi qalmaqdadır. Gənclərin vətənpərvər ruhda tərbiyəsi, onların yüksək təhsil alması və mənəvi dəyərlərimizi qorumaqla müasir çağırışlara cavab verə bilən vətəndaşlar kimi yetişməsi daim diqqət mərkəzində olmuşdur. Vətənpərvərlik gənclər siyasətinin əsas istiqamətlərindən biridir. Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsi oldu. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu Şanlı Zəfər sayəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu.Sevindirici haldır ki, gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər.
44 günlük Vətən müharibəsində gənclərimizin göstərdiyi qəhrəmanlıq bunun bariz nümunəsidir. Hərbi xidmətə böyük ruh yüksəkliyi ilə qatılan Azərbaycan gəncləri ölkəmizin ərazi bütövlüyünü bərpa edərək tariximizə şanlı bir səhifə yazdılar. Bu da Ulu Öndərin əsrlərə söykənən azərbaycançılıq ideologiyası ilə tərbiyə etdiyi gənclik siyasətinin təntənəsi idi.
Eyni zamanda, informasiya cəbhəsində də Azərbaycan gəncləri öz fəallığı ilə seçilmişdir. Sosial şəbəkələrdə informasiya müharibəsində iştirak edərək Azərbaycanın haqlı mövqeyini müdafiə edən gənclər ölkəmizin beynəlxalq müstəvidə üstünlük qazanmasına mühüm töhfə vermişlər.Gənclər müasir texnologiyaların tətbiqi ilə yanaşı, milli-mənəvi dəyərlərə bağlı qalaraq cəmiyyətin hərtərəfli inkişafına xidmət etməlidir. Bu yanaşma ölkəmizin gələcək inkişafına təminat verəcək əsas amillərdəndir.























































